23 January 2025
Qəzzada müqavimətin canlılığı ilahi vədin yerinə yetirilməsidir
İslam İnqilabının Rəhbəri Qəzzada müqavimətin uğurlarına toxunub və işğalçı rejimin heç bir məqsədinə nail olmadan HƏMAS ilə atəşkəs imzalamağa məcbur edilməsini ilahi vədin təzahürü kimi qiymətləndirib.
Ayətullah Seyid Əli Xamenei yüzlərlə sahibkar, sərmayəçi və iqtisadi fəal ilə görüşündə özəl sektorun tərəqqi və təşəbbüslərini ümid və hərəkət mənbəyi kimi səciyyələndirib və medianın bu işdə əhəmiyyətini vurğulayıb.
Papa Fransisk: "Ürəyim Los-Ancelesə birlikdədir"
Los-Anceles yanğınları 28 nəfərin ölümünə, on minlərlə insanı evlərini tərk etməyə məcbur etdi və ən azı 14.000 binanı məhv etdi.
Katoliklərin ruhani lideri Papa Fransisk çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının Los-Anceles bölgəsində baş verən yanğınlardan zərər çəkmiş insanlar üçün dua edib.
Həftəlik müraciətində Los-Ancelesdə baş verən hadisələrə toxunan Papa Fransisk Latın Amerikasında bir çox katoliklərin hörmət etdiyi Quadalupe Məryəminə müraciət edib.
Təl-Əvivdə dörd gündə ikinci bıçaqlı hücum
İsrailin Təl-Əviv şəhərində dörd gündə ikinci bıçaqlı hücum olub. Hücum zamanı 4 nəfər yaralanıb, polis hücumçunu güllələyib.
İsrail fövqəladə hallar xidmətləri dünən Təl-Əvivdə bıçaqlı hücum nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.
İçilov Xəstəxanası hücum zamanı yaralanan 3 nəfərin, o cümlədən birinin "boyun nahiyəsindən bıçaq xəsarəti ilə vəziyyətinin ağır olduğu"nu bildirdi. Polis 28 yaşlı əcnəbi vətəndaşın hadisə yerində güllələndiyini bildirib.
Tbilisidə növbəti etiraz aksiyası keçirilir
Tbilisidə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.
Operativtv Unikal-a istinadən xəbər verir ki, aksiya Gürcüstan parlamentinin binası yaxınlığında keçirilir. Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi etirazçılar parlamentin qarşısındakı piyadalar üçün nəzərdə tutulan ərazidə toplaşıblar.
Etirazçılar arasında Gürcüstan müxalifətinin bir neçə nümayəndəsi də var.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turuna yekun vurulub
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turuna yekun vurulub.
Operativtv Apasport-a istinadən xəbər verir ki, Portuqaliyanın “Sportinq” klubu “Leypsiq”ə səfərdə 1:2 hesabı ilə məğlub olub.
"Brest" “Şaxtyor”la bacarmayıb - 0:2.
"Real Madrid" öz meydanında "Zaltsburq"u darmadağın edib - 5:1.
Los-Ancelesdə meşə yanğını yenidən yayılmağa başlayıb, əhalinin təxliyə elan olunub
ABŞ-nin qərbində, Kaliforniya ştatının Los-Anceles dairəsində iki saatdan a
Azərbaycan və İran nəqliyyat və ticarətin inkişafı üzrə sazişlər imzalayıb
Azərbaycan və İran nəqliyyat və ticarətin inkişafı üzrə əsas sazişlər imzalayaraq “Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.
Bu barədə IRNA agentliyi yanvarın 22-də məlumat yayıb.
Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.
Görünür, hakimiyyət indi də "Fransız cəsusu" axtarışına çıxıb
Son günlər Azərbaycanda müstəqil jurnalistlərə müxtəlif şəbəkələr vasitəsilə xarici medialardan “iş təklifləri” gəlir.