Husilər Qəzzada atəşkəsdən sonra yalnız İsraillə əlaqəli gəmiləri hədəf alacaq
Husilər Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra kommersiya gəmilərinə hücumlarını İsraillə əlaqəli gəmilərlə məhdudlaşdıracaqlarını bildiriblər.
Husilər Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra kommersiya gəmilərinə hücumlarını İsraillə əlaqəli gəmilərlə məhdudlaşdıracaqlarını bildiriblər.
İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin İran Azərbaycanının vilayətlərindəki nümayəndələri Təbrizdə birgə iclas keçirib.
Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, yanvarın 18-də şənbə günü Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin cümə imamları birgə toplantı keçirib və iclasın nəticələri açıqlanıb.
İmişlidə yüksək sürətlə hərəkət edən yol polisinin iki azyaşlının ölümü ilə nəticələnən törətdiyi qəza və etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edənlərin polis tərəfindən təqib olunduğu bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son iki gündə bir sıra fəallarının saxlanıldığı, onların sosial şəbəkə hesablarına müdaxilə edildiyi və paylaşımlarının silindiyi haqda məlumat yayıb.
İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.
“Mançester Siti” səfərdə “İpsviç”lə qarşılaşıb. Görüş qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Fil Foden (2 qol ), Mateo Kovaçiç, Erlinq Holann, Ceremi Doku və Ceyms Mkate vurublar.
Bu nəticədən sonra xallarını 38-ə çatdıran “Mançester Siti” 4-cü pilləyə yüksəlib.
Qəssam taborlarının sözçüsü deyib: Biz xüsusilə Ənsarullahdakı qardaşlarımıza və döyüşümüzdə ağır bədəl ödəmiş Hizbullah yoldaşlarımıza minnətdarıq və Qəzzanı dəstəklədikləri üçün Livan, İran və İraqdakı müqavimət cəbhələrini salamlayırıq.
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür.
Qanlı Yanvar hadisələrindən 35 il ötür.
Serbiyanın paytaxtı Belqradda minlərlə tələbə maaş və iş şəraitinə görə sabah tətil edəcək müəllimlərə dəstək olaraq etiraz aksiyası keçirib. Serbiya Müstəqil Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri sabah başlayacaq tədris ilinin ilk günündə müəllimlərin maaşlarından və iş şəraitindən narazı olduqlarını əsas gətirərək ibtidai və orta məktəblərdə dərslərə getməyəcəklərini açıqlayıb.
Minlərlə tələbə müəllimlərə dəstək olmaq üçün toplaşaraq Serbiya Təhsil Nazirliyinin qarşısında nümayiş keçirib.
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Itamar Ben Gvir Qəzzada qalan məhbusların "məcburi" azad edilməsinə çağırıb.
Ben Gvir bazar günü üç əsirin azad edilməsi ilə bağlı X-də verdiyi açıqlamada, qalan əsirlərin “təslim olmaq yolu ilə deyil, güc yolu ilə, yanacağın kəsilərək, humanitar yardımı dayandırmaqla” geri qayıtmasını gözlədiyini söyləyib.
Ben Qvir və Yəhudi Güc Partiyasının üzvləri HƏMAS ilə atəşkəs razılaşmasına görə hökumətdən istefa veriblər.
İsrail HAMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib.
Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
2024-cü ildə Çin Rusiya neftinin idxalını 2023-cü illə müqayisədə 1,3% artıraraq 108,47 milyon tona çatdırıb.
Bu barədə “TASS” məlumat yayıb.
Agentliyin məlumatına görə, qara qızılın idxal dəyəri 2,8% artaraq 62,42 milyard dollara çatıb.