19 January 2025

Yük avtomobilləri Qəzzaya daxil olmağı gözləyir

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Yenidənqurma Agentliyi (UNRWA) 4 min tır humanitar yardımın Qəzza zolağına daxil olmaq üçün hazır vəziyyətdə olduğunu açıqlayıb. Gözləyən tırların yarısı qida və un daşıyır.

UNRWA-nın Baş komissarı Filip Lazzarini yardım karvanlarına edilən hücumların atəşkəsdən sonra yardımlar daxil olmağa başladıqca azalacağını bildirib.

İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”

Yanvarın 18-də İmişli rayonunda rəsmi məlumata görə, yol polisinin törətdiyi, iki məktəblinin ölümü ilə nəticələnən qəzadan sonra şəhərdə gücləndirilmiş rejim hökm sürdüyü bildirilir. İnzibati binaların, parkların, meydanların ətrafında polisin qarovul çəkdiyi deyilir.

 Bu haqda rayon sakinlərindən biri Toplum TV-yə məlumat verib. 

Tofiq Yaqublu: “Milyonlarla manatlıq korrupsiyaya görə Səhhət Həbibbəyliyə şərti cəza verilir, Tofiq Yaqublu həbsdə saxlanılır”

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir. Yanvarın 17-də məhkəmə yenə sənədləri tədqiq edib. 

Kiyevdə etiraz aksiyası: Əsir və itkin düşən əsgərlərin qohumları cavab tələb edir

Etirazçılar hökumətin Rusiyanın kütləvi işğalına qarşı döyüşərkən itkin düşən yaxınlarının taleyi ilə bağlı ünsiyyət və aydınlıq olmamasından məyus olduqlarını bildiriblər.

Kiyevdə keçirilən aksiyada minlərlə insan Ukrayna hökumətindən Rusiyada saxlanılan hərbi əsirlərin azad edilməsi üçün daha çox iş görməsini tələb edib. Etirazçılar həmçinin səlahiyyətliləri itkin düşən xidmət işçilərinin tapılması üçün səyləri artırmağa çağırıblar.

Camaat namazı qılan şəxsdə tələb olunan şərtlər

Dini göstərişlərdə namazda öndə duran və namaza rəhbərlik edən şəxsin (imam) bəzi özəl xüsusiyyətləri əks olunub. Mövcud dini əhkam onların dəqiqləşdirilməsini camaat namazı üçün xüsusi əhəmiyyətli hesab edir. Hətta bu məsələlərin nöqsan səbəbi namazın batil olması kimi qiymətləndirilir. Belə şərtlər İslam dünyasının böyük təqlid müctəhidi Ayətullah Seyyid Əli Sistaninin fiqhi göstərişlərinə müvafiq olaraq aşağıdakı kimi qeyd edilib:

Suriya Rusiya, İsrail və İrandan məhsul idxalını qadağan edib

Suriya Rusiya, İran və İsraildən məhsul idxalını qadağan edib.

Operativtv Report-a istinadən xəbər verir ki, bu barədə "Al Araby" telekanalı Suriya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bununla yanaşı, İran və İsrail vətəndaşlarının sərhəd-keçid məntəqələri, eləcə də limanlar vasitəsilə Suriyaya girişini qadağan olunub.

Bildirilir ki, bu ölkələrdən gələn məhsullar müsadirə ediləcək.