18 January 2025

BMT-nin Baş katibi: Yanvarın 27-dək İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasına nail olacam

İsrail qoşunlarının çıxarılması və sərhəddə Livan ordusunun yerləşdirilməsi sülhün yeni səhifəsini açmağa imkan verəcək.

Bunu Beyrutda respublika Prezidenti Cozef Aun ilə danışıqlar aparan BMT-nin Baş katibi Antonio Quterriş bildirib.

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər

Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.

“Azərbaycan vasitəsilə marşrut razılaşdırılıb. Hazırda danışıqların son mərhələsindəyik. Həcmlər artıq razılaşdırılıb.

Nazir bildirib ki, tərəflər layihənin dəyərini müzakirə edirlər.

Baş Qərargah Rəisinin helikopterinin təxribat nəticəsində qəzaya uğraması iddialarını əsassız adlandırıb

İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib.

Bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi bəyanat yayıb.

Şeyx Nəim Qasim: Fələstin xalqı və onun müqaviməti İsrailin sui-qəsdlərinin qarşısını aldı

Hizbullahın baş katibi Livan və müqavimətin fədakarlıqları, xüsusilə də Seyid Həsən Nəsrullahın Qəzzəyə dəstək və Qəzzanın qələbəsi üçün şəhadətinə işarə edərək, deyib: “Müqavimətin əsgərləri və Fələstin xalqı düşmənin hiyləsini puça çıxarıb işğalçılara öz məqsədlərinə çatmağa imkan vermədilər”.

"Borussiya Dortmund" yenə uduzdu

Futbol üzrə Almaniya çempionatının 18-ci turu başlayıb.

Operativtv Unikal-a istinadən xəbər verir ki, "Ayntraxt Frankfurt" öz meydanında "Borussiya Dortmund"u qəbul edib.

Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Bu, Frankfurt təmsilçisinin ardıcıl üçüncü qələbəsi, “Borussiya Dortmund”un isə ardıcıl üçüncü məğlubiyyəti olub.

2024-də rekord sayda Həcc və Ümrə zəvvarı qeydə alınıb

2024-cü ildə rekord sayda Həcc və Ümrə zəvvarı qeydə alınıb.

Bu barədə Həcc və Ümrə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ildə ümumilikdə 18 535 689 zəvvar Məkkə şəhərində yerləşən Məscidül-Əqsada Həcc və Ümrə ziyarətlərini yerinə yetirib – 16 924 689 Ümrə zəvvarı, 1 611 310 Həcc zəvvarı.

Qarabağ Qazisi: “Mən də intihar edim?”

II Qarabağ Müharibəsi Qazisi Alik Aslanov yaşadığı acınacaqlı vəziyyətə etiraz etdi. Sosial media üzərindən paylaşım edən veteran ağır maddi durumu, çətin və yaşanılması mümkünsüz olan həyat tərsindən danışdı. Hakimiyyətdən baxımsız vəziyyətdə olan Qazilərin düşdüyü duruma diqqət istədi.

“Uğurunda döyüşdüyüm Vətənimdə aldığım təqaüd aylıq kirayə pulumun 3 də bir hissəsini edir. Təsəvvür edin 80 azn təqaüdün üstünə 160 azn qoymalıyam ki aylıq kirayəni ödəyəm.

Əhməd əl-Avda yeni Suriya hakimiyyətinə təhdid sayıla bilərmi?

Qərb mediası və təhlilçilər onu Suriyada "Rusiyanın adamı" adlandırır. Bəzilərinin də fikrincə, o, ölkənin yeni lideri Əhməd əş-Şəraaya təhdid sayıla bilər.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, ötən ay Bəşər Əsəd rejimi çökəndən sonra ölkəylə bağlı xəbərlərdə Əhməd əl-Avdanın adı daim hallanır.

İsrail-HƏMAS müharibəsi Qırmızı dənizdə ziyanları 200 milyard dollar üzərinə yüksəltdi

The Economist jurnalı Qırmızı dənizdəki qarşıdurmanın İngiltərəyə 200 milyard dollardan çox baha başa gəldiyini təxmin və Ənsarullahın heyrətamiz irəliləyiş əldə etdiyini yazır.

Böyük Britaniyanın “The Economist” jurnalı Yəmən silahlı qüvvələrinin Qəzza müharibəsinə dəstək əməliyyatları nəticəsində Qırmızı dənizdəki inkişaflarla bağlı hesabatında bunları yazıb: “Qırmızı dənizdəki ABŞ gəmilərinin sayı əhəmiyyətli dərəcədə azalsa da, əvəzində onların yerinə Çin gəmilərinin sayı artdı.”

Böyük Britaniya Parlament Komitəsi Fələstini tanımağa çağırıb

Böyük Britaniya Parlament Komitəsi hökuməti müstəqil Fələstin dövlətinin tanınması üçün vaxt cədvəlini elan etməyə və İsrailin beynəlxalq hüquqa əməl etməsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.

Böyük Britaniya Parlamentinin Beynəlxalq İnkişaf Komitəsi Qəzzada humanitar vəziyyət, İordan çayının qərb sahilindəki hadisələr və köçkün fələstinlilərlə bağlı hesabatını dərc edib.