16 January 2025

Səudiyyə Ərəbistanı çempionatının lideri autsayder komandanı 9 cavabsız qolla məğlub edib

Səudiyyə Ərəbistanı çempionatının XV turunun oyununda lider "Əl-Hilal" doğma meydanda autsayder "Əl-Fateh"i 9:0 hesabı ilə məğlub edib.

Ər-Riyad stadionunda keçirilən görüşdə Markos Leonardo het-trik edib.

Xalidu Kulibali, Renan Lodi, Sergey Milinkoviç-Saviç, Abdullah Əl-Hamdan və Malkom isə hərəyə bir dəfə fərqləniblər. Digər qolu "Əl-Fateh"in heyətində Faysal Abdulvahed öz qapısından keçirib.

Avropa Məhkəməsi Azərbaycanla bağlı iki yeni qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 16-da Azərbaycanla bağlı iki yeni qərardadını elan edib.

Məhkəmə Müsavat Partiyasının 2020-ci ildə sərbəst toplaşmaq azadlığının pozulmasına dair verdiyi iki şikayətə mahiyyəti üzrə baxmağa ehtiyac görməyib və hökumətin pozuntuları etiraf etməsi və təzminat təklifi ilə kifayətlənib.

Müxalif siyasi partiya AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 11-ci madddəsi toplaşmaq və birləşmək azadlığı ilə yanaşı, səmərəli hüquqi müdafiə hüququnun da pozulduğunu iddia edirdi.

"Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırdı

Futbol üzrə Fransa Kubokunda gözlənilməz nəticə qeydə alınıb.

Operativtv Unikal-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Lion" səfərdə V divizionda çıxış edən "Burqon-Jallieyu" komandasının qonağı olub. Görüşün əsas və əlavə vaxtı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb.

Burada daha dəqiq olan meydan sahibləri 1/8 final mərhələsinə yüksəlib - 3:2.

Bakıda yəhudi icmasının liderinə sui-qəsd cəhdinin qarşısı alınıb - İsrail KİV-ləri

Bakıda yerli yəhudi icmasına qarşı terror aktı hazırlanmasına görə iki nəfər həbs edilib. Bu barədə İsrail KİV-ləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə istinadla məlumat yayıb.

Sui-qəsdin hədəfi yerli yəhudi icmasının liderlərindən biri idi. Xüsusi əməliyyat zamanı əvvəllər narkotik qaçaqmalçılığına görə mühakimə edilmiş Gürcüstan vətəndaşı Aqil Aslanov saxlanılıb.

AXCP-nin iki fəalı saxlanılıb

Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.

Bu barədə AXCP məlumat yayıb.

AXCP Naxçıvan MR Ordubad şöbəsinin sədri Bəhlul Muradov Amerikanın Səsinə deyib ki, polis yanvarın 15-də axşam saatlarında rayonun Üstüpü kəndinə gələrək bu kənddə yaşayan, ixtisasca çoğrafiya müəllimi, hazırda işsiz olan fəal Əsgər Ağasoyu saxlayaraq Ordubad Polis şöbəsinə aparıb.

HƏMAS-İsrail atəşkəsinin əhatə dairəsi müəyyənləşdi

Qəzzada Həmas və İsrail arasında atəşkəsin əhatə dairəsi tərtib edilib. Buna uyğun olaraq atəşkəs üç mərhələdən ibarət olacaq. Bu mərhələlərin hər biri 42 gün davam edəcək.

İsrail ordusunun 466 gündür Qəzza zolağında həyata keçirdiyi hücumların HƏMAS ilə Təl-Əviv arasında elan edilməsi gözlənilən atəşkəs və əsir mübadiləsi ilə sona çatacağı ümid edilir. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə HƏMAS ilə İsrail arasında açıqlanacaq atəşkəs razılaşmasının detalları da maraqla gözlənilir.