Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi: İsrail Suriyadan çıxmalıdır
Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi İsrailin Suriyadakı təcavüzünü pisləməklə yanaşı, bu rejimin Suriya ərazisindən çıxmasını tələb edib.
Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi İsrailin Suriyadakı təcavüzünü pisləməklə yanaşı, bu rejimin Suriya ərazisindən çıxmasını tələb edib.
İspaniya Futbol Federasiyası “Real Madrid” klubunun apellyasiya şikayətini rədd edib.
Operativtv Unikal-a istinadən xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. La Liqa təmsilçisinin Vinisius Juniorun cəzası ilə bağlı şikayəti təmin olunmayıb. Qurum tərəfindən qoyulan iki oyunluq diskvalifikasiyası qüvvədə qalıb.
Los-Anceles bölgəsində baş verən yanğınlar azı 24 nəfərin həyatına son qoyub, minlərlə insanı didərgin salıb, 12 mindən çox binanı dağıdıb və San-Fransiskodan daha böyük ərazini yandırıb.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, ötən çərşənbə axşamı başlayan bu yanğınlar "Santa Ana" kimi tanınan güclü küləklər səbəbindən genişlənib və bu küləklərin əsməsinin həftənin ortalarına qədər davam edəcəyi gözlənilir.
Avstriyada hökumət koalisiyası danışıqları zamanı yetkinlik yaşına çatmayan qızlar üçün hicabın qadağan edilməsi planının olduğu açıqlanıb.
ORF ictimai yayımının paylaşdığı məlumata görə, sağ mərkəzçi Xalq Partiyası (ÖVP), Sosial Demokrat Partiyası (SPÖ) və liberal Yeni Avstriya Partiyası (NEOS) arasında aparılan koalisiya danışıqlarında hazırlanan hökumət proqramında hicab qadağasını təsdiq edən maddə yer alıb.
İraq müsəlmanlarının ali dini təqlid müctəhidi Ayətullah Seyyid Əli Sistani Haşd əş-Şabi-nin ləğvi tələbini növbəti dəfə rədd edib.
Ayətullah Sistani Oman səfirinə Həşd əş-Şabi ilə bağlı mənfi cavab verib.
Ayətullah Sistani daha əvvəl də BMT nümayəndəsi bu təklifini rədd etmişdi. O, Xalq Səfərbərlik Qüvvələrinin (Həşd əş-Şabi) ləğv edilməsi təklifini İraqın daxili işlərinə qarışmaq kimi qiymətləndirərək “Bura İraqdır, Suriya, Livan və ya Fələstin deyil” söyləmişdi.
İmam Əli (ə) “Ammul-fil” - Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib, anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.
Yəmən Silahlı Qüvvələri bəyanat yayıb. Bəyanatda deyilir:
Mərhəmətli, rəhmli Allahın adı ilə
Uca Allah buyurdu: "Ona kömək edənə Allah mütləq kömək edər. Həqiqətən, Allah Qüdrətlidir, İzzətlidir."
Fələstin xalqına və onların mücahidlərinə və Qəzzədəki qardaşlarımıza qarşı qırğınlara cavab olaraq və vəd edilmiş fəth və müqəddəs cihad döyüşündə dəstəyin beşinci mərhələsi və cavab tədbirləri çərçivəsində İsrailin ölkəmizə qarşı təcavüzünə cavab olaraq: