Los-Anceles bölgəsində baş verən yanğınlar azı 24 nəfərin həyatına son qoyub, minlərlə insanı didərgin salıb, 12 mindən çox binanı dağıdıb və San-Fransiskodan daha böyük ərazini yandırıb.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, ötən çərşənbə axşamı başlayan bu yanğınlar "Santa Ana" kimi tanınan güclü küləklər səbəbindən genişlənib və bu küləklərin əsməsinin həftənin ortalarına qədər davam edəcəyi gözlənilir.
Kaliforniya Yanğın Departamenti, Hearst, Palisades, Eaton və Kent yanğınlarının təxminən 100 kvadrat mil ərazini məhv etdiyini bildirdi.
Yanğınların səbəbləri hələ də bəlli deyil, lakin ilkin hesablamalar onların ABŞ tarixindəki ən bahalı yanğın ola biləcəyini göstərir.
Los-Ancelesdə yanğın nəticəsində 12 mindən çox tikili dağılıb