İspaniya Futbol Federasiyası “Real Madrid”in şikayətini rədd etdi

İspaniya Futbol Federasiyası “Real Madrid” klubunun apellyasiya şikayətini rədd edib.

Operativtv Unikal-a istinadən xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. La Liqa təmsilçisinin Vinisius Juniorun cəzası ilə bağlı şikayəti təmin olunmayıb. Qurum tərəfindən qoyulan iki oyunluq diskvalifikasiyası qüvvədə qalıb.

Qeyd edək ki, İspaniya La Liqasının XII turunun "Valensiya" ilə keçirilən oyununda (2:1) rəqib qapıçı Stole Dmitrievskini itələdiyi üçün qırmızı vərəqə alan Vinisius iki matçlıq cəzalanıb. O, “Las Palmas” və “Valyadolid”lə qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.