11 January 2025

Vatikan cinsibazların keşiş ola biləcəyinə işarə edir

2023-cü ilin yanvarında Papa Fransisk 'cinsibazlılığın cinayət olmadığını' bildirib.

İtaliya Yepiskoplar Konfransı tərəfindən cümə günü yayımlanan yeni təlimatlar mavilərin katolik keşişliyinə təyin olunmasını mümkün edir.

Konfransın kahinlərin hazırlanması ilə bağlı yeni təlimatları cinsibazların kahinlikdən məhrum edilməsini təklif etmirdi, lakin onlar bunu ciddi şəkildə nəzərdə tuturdu.

Dağıdıcı Los Anceles yanğınlarının səbəbi haqqında nə məlumdur: Qəza, yoxsa yandırma?

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırarkən, Kaliforniya yanğınsöndürmə rəsmilərinin sözlərinə görə, daha geniş ərazidə ən azı beş yanğın ocağı tüğyan edir.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində güclü küləklə böyüməyə davam edən meşə yanğınlarında 11 nəfər həyatını itirərkən, 10 mindən çox ev və bina külə dönüb.  Gündəmi məşğul edən alovların nədən və necə başladığı sualı isə hələ də sual olaraq qalır.

Milli Şuranın polis tərəfindən saxlanılan fəalı sərbəst buraxılıb

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi zamanı məhkəmə binasının qarşısında "Siyasi məhbuslara azadlıq!" şüarı qaldıran Milli Şuranın fəalı Cəmil Hacıyev polislər tərəfindən saxlanılıb. O 4 saat saxlanıldıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Cəmil Hacıyev Amerikanın Səsinə deyib ki, saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

BP-Azerbaijan Şahdəniz platformasında əməliyyatları boru kəməri problemi üzündən dayandırıb

BAKI, Azərbaycan (Reuters) - BP-Azerbaijan Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə dayandırıb. Bu barədə şirkətin sözçüsü Tamam Bayatlı cümə günü bildirib.

Nucəbə nümayəndəsi Həşd əş-Şabi-nin dağıdıldığı iddialarını rədd edib

İraq Nücəbə Hərəkatının baş katibinin İran nümayəndəsi Seyid Abbas Musəvi İraq hökumətinin Həşdi Şabini rəsmən ləğv etməsi xəbərini təkzib edib.

Ötən saatlarda bəzi KİV-lər İraqda Həşd əş-Şabinin ləğv edildiyi barədə xəbərlər dərc ediblər. Seyid Abbas Musəvi bu iddianı qəti şəkildə təkzib edib.

Nücəbə nümayəndəsi belə xəbərlərin BƏƏS tərəfdarı olan bir media orqanı tərəfindən dərc edildiyini bildirib və əlavə edib: “Həşd əş-Şabi heç vaxt dağılmayıb və dağılmayacaq”.