Polşa xalqı Netanyahu əleyhinə etiraz aksiyası keçirdi

Yüzlərlə polyak Baş nazir Tuskun Osventsim mərasimlərində iştirak edəcəyi təqdirdə həbs olunmayacağına dair Netanhyahuya verdiyi zəmanətə etiraz edib.

Polşada yüzlərlə insan Polşa hökumətinin soyqırım törədən İsrailin baş naziri Binyamin Netanhyahuya qarşı atdığı addıma reaksiya verib.

Nümayişçilər Polşanın baş naziri Donald Tusk və Polşa prezidenti Anjey Dudanın Netanyahunun Osvensim həbs düşərgəsinin azad edilməsinin 80-ci ildönümü mərasimlərində iştirak etmək üçün Polşaya gələcəyi təqdirdə həbs olunmaması ilə bağlı məktubuna müsbət cavab vermələrinə etiraz ediblər.

Axşam saatlarında prezidentlik binasının qarşısına toplaşan yüzlərlə insan tez-tez “Terrorçu Netanyahu”, “Netanyahu məhkəməyə”, “Netanyahunu həbs edin” kimi şüarlar səsləndirib.

Ədliyyə Nazirliyinin qarşısına yürüş edən etirazçılar da məsələ ilə bağlı ədliyyə naziri Adam Bodnarın hazırladığı qərara etiraz ediblər. Vətəndaşlar "İsrailin ölüm maşını dayandırın" və "Duda və Tusk soyqırım törədənləri qoruyur" kimi şüarlar səsləndirərək, Baş nazirlik binası qarşısında baş nazir Tuska etiraz ediblər. Dondurucu soyuğa baxmayaraq, etiraz aksiyasının bəzi iştirakçıları əllərində Fələstin bayraqları və “Azad Fələstinə” və “Hərbi cinayətkarları qoruyan hökumətdən utanıram” yazıları ilə görüntüləniblər.

İsraillə diplomatik, ticarət və hərbi əlaqələrin kəsilməsini tələb edən nümayiş təxminən iki saatdan sonra dinc şəkildə başa çatıb.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant haqqında Roma Statutunun 18 və 19-cu maddələrinə uyğun olaraq hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbs qərarı çıxarıb.