İraq Nücəbə Hərəkatının baş katibinin İran nümayəndəsi Seyid Abbas Musəvi İraq hökumətinin Həşdi Şabini rəsmən ləğv etməsi xəbərini təkzib edib.
Ötən saatlarda bəzi KİV-lər İraqda Həşd əş-Şabinin ləğv edildiyi barədə xəbərlər dərc ediblər. Seyid Abbas Musəvi bu iddianı qəti şəkildə təkzib edib.
Nücəbə nümayəndəsi belə xəbərlərin BƏƏS tərəfdarı olan bir media orqanı tərəfindən dərc edildiyini bildirib və əlavə edib: “Həşd əş-Şabi heç vaxt dağılmayıb və dağılmayacaq”.
"Həşd əş-Şabinin rəsmən ləğv edildiyi iddiası BƏƏS tərəfdarı media tərəfindən dərc edilib və bu iddiada heç bir həqiqət yoxdur. Bu cür media qurumları etibarlı deyil və Amerika layihələrinə xidmət edir. Şərqiyyə, Ərəbiyyə, Cəzirə də elə nəşrlər arasında yer alır."
Seyid Abbas Musəvi deyib ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani “Həşdi Şabi qüvvələri İraqın əsas güc ünsürlərinə meydan oxumur və biz onları qorumaq və gücləndirmək üçün daha çox səy göstərməliyik” deyib.
Son günlər bölgədəki amerikapərəst dairələr İraqda Həşd əş-Şabinin ləğv edildiyi xəbərini yaymağa çalışırlar. Bununla belə, İraq rəsmiləri və nümayəndələri dəfələrlə bu iddiaları rədd edərək, Həşdi Şabinin ölkənin təhlükəsizliyinin təmin edilməsində zəmanət elementi olduğunu vurğulayıblar.
Nucəbə nümayəndəsi Həşd əş-Şabi-nin dağıdıldığı iddialarını rədd edib