06 January 2025

Sevinc Sadıqova: Bu gedişlə Əfqan həyatını itirəcək, çox ağır durumdadır

Gürcüstanda həbs edilən Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqov saxlandığı Tbilisi təcridxanadan ailəsinə zəng edib.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əfqan Sadıqov 108-ci gündür aclıq aksiyasını davam etdirir .

Vəkil: “2025-ci ilin ilk 6 günündə cəzaçəkmə müəssisələrində 2 ölüm hadisəsi qeydə alınıb”

2025-ci ilin ilk altı günündə cəzaçəkmə müəssisəsində iki ölüm hadisəsi qeydə alınıb. Bu haqda vəkil Zibeydə Sadıqova Facebook səhifəsində yazır. 

O, Fikrət İsmayılov adlı məhbusun bu il yanvarın 4-də, Sabir Əliyevinsə bu gün - yanvarın 6-da vəfat etdiyini açıqlayır.

“Hər iki şəxsin xəstəlikdən öldüyü qeyd edilib”, vəkil bildirir.

2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı

Rəsmi statistika əhalinin, xüsusən zəngin əhali qruplarının gəlirlərinin real miqyası ilə bağlı məlumatları ictimailəşdirməkdə xəsislik nümayiş etdirsə də, gəlirlərin dinamikasında baş verən tendensiyaları gizlətmək mümkün olmur. 2024-cü ilin yekunlarına dair statistik nəticələr hələ tam hazır olmasa da, 9 ayın nəticələri əhalinin sosial vəziyyətilə bağlı bəzi maraqlı məqamları görməyə imkan verir.

MN: Ermənistan ordusu son günlər mövqelərimizi bir neçə dəfə atəşə tutub

Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub", məlumatda deyilir.

Hizbullahdan İsrailə xəbərdarlıq: Cənubi Livanda qalsanız, cavab verəcəyik

Livan Parlamentində Hizbullaha bağlı Vəfa Müqavimət Blokunun üzvü Hüseyn Hacı Həsən, İsrailin bölgədə artan pozuntuları və siyasi proseslərlə bağlı açıqlamalar verib.

Hizbullahın hər cür təhdidlərə qarşı müqavimət gücünə malik olduğunu bildirən Hacı Həsən, "Bizimlə heç kim zülm dili ilə danışa bilməz. Xalqın şəhid karvanlarına göstərdiyi dəstək Hizbullahın Livandakı yerini və bağlılığını açıq şəkildə göstərir."

“Liverpul” məğlubiyyətsizlik seriyasını 24 oyuna çatdırdı

İngiltərənin “Liverpul” komandası uğurlu seriyasını davam etdirir.

Operativtv Unikal-a istinadən xəbər verir ki, “Mersisayd” təmsilçisi bütün turnirlər daxil olmaqla 24 oyundur məğlub olmur.

Arne Slotun kollektivi sonuncu dəfə ötən il sentyabrın 14-də İngiltərə Premyer Liqasının 4-cü turunda “Nottinqem Forest”lə matçda (0:1) uduzub.

Qeyd edək ki, “Liverpul” 46 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.

Xanım Zeynəb (s.ə) ziyarətgahının xidmətçiləri oğurlanaraq qətlə yetirildilər

 Suriyada Heyəti Təhrir əş-Şam (HTŞ) hakimiyyəti ələ keçirdikdən sonra bölgədə şiə və ələvi icmalarına qarşı hücumlar, qətliamlar və sistematik təqiblər artmaqda davam edir.

Bu zülmkar siyasətin bir hissəsi olaraq Xanım Zeynəbin (s.ə) müqəddəs ziyarətgahının 6 xidmətçisi bir neçə gün öncə oğurlanmış, onların cəsədləri dəhşətli şəkildə təhqir edilmiş halda dünən tapılıb.

Sərt dönüş: Zelenski NATO üzvlüyü müqabilində Ukrayna ərazilərindən imtina etmə şərtlərini dilə gətirib

Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtinası müqabilində NATO-ya üzv olmaq ssenarisini nəzərdən keçirə bilər. Lakin ölkəmiz bununla yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə razılaşa biləcək.

Tramp İraqın baş nazirindən ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaların zərərsizləşdirilməsini istədi

Donald Trampın İraqın baş naziri Məhəmməd Sudaniyə xüsusi mesaj göndərilməsi haqda Iraq mətbuatına xəbər sızıb. Məlumata görə AŞB prezidentinin məktubunu İraqa Trampın nümayəndəsinin gizli səfəri zamanı verildiyini bildirilir. Məktubda baş nazir Məhəmməd Sudanidən ABŞ rəhbərliyi bir neçə istək yer alıb.