03 January 2025

Zeynəb Süleymani: “Müqəddəs hərəmlərin müdafiəsi üçün vəhdət başlıca amildir”

“Şəhid Süleymani öz bəyanatlarında və məktublarında İran İslam Respublikasının məzlum Fələstin xalqını müdafiə etmək münasibətini açıq şəkildə izah edib” bu fikirləri mərhum General Qasım Süleymaninin qızı Zeynəb Süleymani deyib.

İnqilab Keşikçiləri Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin şəhadətinin beşinci ildönümü ilə əlaqədar dünən axşam saatlarında Tehranda İmam Xomeyni müsəllasındə anım mərasimi keçirilib.

Ənsarullahdan Fələstin Müqavimətinə dəstək: Hərbi dəstəyimizə arxayın olun

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü sionist rejimlə mübarizənin davam etdiyini vurğulayaraq, fələstinli müzakirəçilərdən Yəmənə və onun hərbi dəstəyinə etibar etmələrini istəyib.

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Abdullah Nəimi sionist rejimlə mübarizənin davam etdiyini vurğulayaraq, Fələstinli müzakirəçilərdən Yəmənə və onun hərbi dəstəyinə etibar etmələrini istəyib və deyib:

3 Rəcəb İmam Əliyyən Nəqinin (ə) şəhadəti günüdür

3 Rəcəb- 4 yanvar 10-cu İmam, Həzrət Əliyyən Nəqinin (ə) şəhadət gününə təsadüf edir.

Hicri təqvimi ilə 254-cü il, Rəcəb ayının 3-cü günü imam Əliyyən Nəqi (ə) 41 yaşında şəhadətə qovuşub. (Məsarüş-şiə, s. 34, Biharül-ənvar, c. 5, s. 117)

İmam Hadinin (ə) yaşadığı dövr Abbasi xəliflərindən altısına təsadüf edir: Mötəsəm, Vasiq, Mütəvəkkil, Müntəsir, Müstəin, Mötəz.

Slovakiya Rusiyanın qaz mübahisəsinə cavab olaraq ukraynalı qaçqınlara yardımı kəsməklə hədələyir

Slovakiyanın baş naziri Robert Fiko bəyan edib ki, Kiyev Rusiya təbii qazını Mərkəzi Avropaya tədarük edən boru kəmərini bağladıqdan sonra hökuməti Ukraynaya qarşı cavab tədbirləri nəzərdən keçirir.

Slovakiyanın baş naziri Robert Fiko Rusiya qazının Slovakiyaya öz ərazisindən nəqlini dayandırmaq qərarına görə Ukraynaya qarşı bir sıra cavab tədbirləri çərçivəsində bu ölkədə yaşayan 130 mindən çox ukraynalı qaçqına maliyyə yardımını kəsməklə hədələyib.

Məmur və təqaüdçü həmkarlar ittifaqı küçələrdə

Türkiyədə Məmur və təqaüdçü həmkarlar ittifaqı Türkiyə Statistika Təşkilatının (TÜİK) binası qarşısında “Yalançının şamı axşama qədər yanar” atalar sözünü xatırladaraq şamlar qoyub.

TÜİK cümə günü açıqladığı inflyasiya nisbətindən sonra müəyyən edilən artıma məmur həmkarlar ittifaqları reaksiya verib.

Fələstinlilərin ərazilərində Əl-Cəzirə telekanalının yayımı dayandırılıb

Medianın verdiyi məlumata görə, Fələstinlilərin Administrasiyası Əl-Cəzirə telekanalının Fələstin ərazilərində yayımını müvəqqəti olaraq dayandırıb.

Nazirliklər komitəsi yayımların fəaliyyətini ərazilərdə “aldadıcı və ixtilaf yaradan material və reportajlar” yayımladığına görə dayandırıldığını bildirib. Komitəyə mədəniyyət, daxili işlər və rabitə nazirlikləri daxildir.

Bloqer Rəşad Ramazanov həbsdəki şəraitindən şikayətlənib

Bloqer Rəşad Ramazanov saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin ağır olmasından danışıb. Bu barədə "Turan"a koloniyadan zəng edərək onun özü məlumat verib. Onun sözlərinə görə, koloniyada 1500 məhkum saxlanılır.

"Burada antisanitariya hökm sürür, tualetlər çatışmır... Yer çatışmazlığı səbəbindən məhbuslar növbə ilə yatır. Bəziləri yerdə yatır", - Ramazanov iddia edib.

"İnter" İtaliya Superkubokunun finalına yüksəlib

İtaliya Superkubokunun yarımfinal mərhələsində "İnter" və "Atalanta" üz-üzə gəlib.

Operativtv APA-ya istinadən xəbər verir ki, görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"İnter"in heyətində Denzel Dumfries iki dəfə fərqlənib.

"İnter" Final mərhələsində "Yuventus"-" Milan" cütlüyünün qalibi ilə qarşılaşacaq.