02 September 2024

İsraili qorumaqdan məsul olan ABŞ gəmisi Türkiyə limanında lövbər salıb

ABŞ İsraili İranın cavabından qorumaq üçün öz donanmasından Şərqi Aralıq dənizinə mühüm gəmilər göndərib. Bunlardan biri USS Wasp hücum gəmisidir...

 

 ABŞ-ın İsraili qorumaq üçün Şərqi Aralıq dənizinə göndərdiyi USS Wasp hücum gəmisini indi İzmir limanında qəbul edirik! USS Wasp bu yaxınlarda TCG Anadolu ilə birgə təlimdə iştirak edib.

ATƏT missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini sual altına alır

Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə siyasi alternativlər təklif etməyib və əsas azadlıqların və kütləvi informasiya vasitələrinin həddən artıq məhdudlaşdırılması ilə keçirilib. Bu barədə ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekunlarına dair birgə bəyanatında deyilir.

Bayden: Netanyahu girovlarla bağlı razılaşmanı təmin etmək üçün kifayət qədər səy göstərmir

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahunun girovlarla bağlı razılaşmanı təmin etmək üçün kifayət qədər səy göstərdiyini düşünmür.

Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə Bayden jurnalistlərin sualına cavabında deyib.

Bloomberg: Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edir

ABŞ-da yerləşən Bloomberg xəbər saytı Türkiyənin aylar əvvəl BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət etdiyini iddia etdiyini və Türkiyənin "Qərbdən kənarda ittifaqlar qurmaq üçün" belə bir yolda getmək istədiyini yazıb. Selcan Hacaoğlu və Fırat Kozokun imzaladığı bu gün dərc edilən xəbərdə adını Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın baş hərflərindən alan BRİKS-in oktyabr ayında Rusiyada baş tutacaq sammitdə icmanın genişlənməsini müzakirə edəcəyi bildirilib.

Yəmən sahillərində Britaniyaya məxsus gəmiyə hücum edilib

Yəmənin Əs-Salif sahilindən 70 dəniz mili şimal-qərbində ticarət gəmisi hücuma məruz qalıb.

Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, gəmi iki naməlum mərmi ilə hücuma məruz qalıb. Ekipaj zərəri aradan qaldırmaq üçün çalışır.

Qeyd edilib ki, göyərtədə ölən və yaralananlar yoxdur.

Netanyahuya daha bir zərbə: Həmkarlar ittifaqları İsraildə ümumi tətilə başlayıblar

İsrailin ən böyük həmkarlar ittifaqı Hisdatrut Qəzza zolağında 6 israilli məhbusun cəsədinin tapılmasından sonra hökumətin atəşkəs və məhbus mübadiləsi ilə bağlı razılığa gəlmək istəməməsini tənqid edib və bazar ertəsi 2 sentyabr gününü ümummilli tətilə gedəcəyini bildirib.

Azərbaycan parlamentinə seçkilərin ilkin nəticələrinə görə iqtidar partiyası deputat mandatlarının əksəriyyətini qazanıb

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

İlkin nəticələrə görə, iqtidarda olan Yeni Azərbaycan Pafrtiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerinə hökumətyönümlü mövqeyi ilə tanınan müstəqill namizədlər seçilib.

İran Prezident və müşayiət edənləri daşıyan helikopter qəzasının ölçüləri və səbəblərini araşdıran Ali Komissiyanın yekun hesabatı yayıldı

Bu hesabatda qəzaya uğrayan helikopterin texniki, mühəndislik, elektron və naviqasiya vəziyyəti diqqətlə araşdırılıb və bu nəticə əldə edilib:

İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən ehtiyaclılar üçün inşa edilən qəsəbə

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən Kərbəlada ehtiyaclılar üçün inşa edilən qəsəbə hazır olmaqdadır.

Diyar-Təyyibə adlı yaşayış kompleksi təqribi 35000 kvadrat ərazidə inşa olunub.

Yaşayış kompleksi kiçik qəsəbəni xatırladır. Burada təhsil, tibb, ticarət, əyləncə və digər sahələr üçün də yer ayrılıb.

Azərbaycan-Türkiyə münasibətləri: onları kim soyuqlaşdırdı?

İyulun əvvəlində Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Recep Tayyib Erdoğan iştirak etmədi. Azərbaycanda hökumət mediası xəbər verirdi ki, cənab Əliyev Erdoğana məsləhət görüb ki, Şuşa səfərindən imtina edib Almaniyada futbol matçını izləməyə getsin.

Belə bir mühim tədbirdə iştirak hansısa 1/4 final futbol oyununa görə təxirə salına bilməzdi, salınmamalı idi.