Pakistanın cənub-qərbində separatçıların hökumət binasına silahlı hücum etdiyi və polis idarəsini yandırdığı bildirilir.
Associated Press xəbər verir ki, Bəlucistan əyalətinin Xuzdar rayonunda hökumət binasına hücum edilib, polis idarəsi yandırılıb və bank qarət edilib.
Yerli polis zabiti Süheyl Xalid cinayəti törədənlərin qaçdığını və təhlükəsizlik qüvvələri hadisə yerinə gələnə qədər vəziyyətin nəzarətə alındığını bildirib.
Bildirilib ki, silahlı hücumu separatçı qrup hesab edilən Bəlucistan Azadlıq Ordusu (BLA) öz üzərinə götürüb.
Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəyə Bəlucların hakim olmasını istəyən BLA Pakistan təhlükəsizlik qüvvələrini və mülki insanları hədəf alır.
Neft və minerallarla zəngin Bəlucistan əyaləti Pakistanın coğrafi baxımdan ən böyüyüdür. Ərazi yoxsulluğun ən yüksək olduğu bölgə kimi tanınır.
Əyalət həm də onilliklər ərzində İslamabad hökumətinə qarşı mübarizə aparan separatçı hərəkatların mərkəzidir.
Üsyançılar iddia edirlər ki, yerli əhali Bəlucistanın zəngin yeraltı sərvətlərinə ədalətli çıxış əldə etmir.
Pakistanda hökumət binasına hücum