Yenə 2 saylı müəsisə və yenə də qanunsuz cəzalandırma

İnanclıların 2 saylı müəsisəyə gəldiyi andan rəhbərliyin onları cəzalandırma siyasəti yeni deyil. Artıq dəfələrlə bura köçürülən dindarların gələn gündən karserə salınması və qanunsuz cəzalanması çoxsaylı şikayətlər sırasındadır. Hər növ etirazlara baxmayaraq müəsisə rəhbərliyinin şiə əqidə daşıyıcılarına qarşı bu tip davranışı dəyişmədən qalır.

Belə bir siyasət qurbanı olan Quran müəllimi, ruhani Nurlan Musayev də eyni aqibəti yaşamaqdadır.   Ötən ilin sentyabr ayında şərlənərək həbs edilən Quran müəllimi, ruhani Hacı Nurlan Musayev 2 saylı müəsisəyə köçürüldüyü ündan səbəbsiz cərimə karserinə salınıb.

42 gündür cərimə karserində olan ruhani noyabr ayının 30-da 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Gəldiyi gündən də karserə salınıb. Onun hansı "qayda pozuntusuna" görə orada saxlaması bəlli deyil.

Ailəsi bildirir ki, müəssisə rəhbərliyi ilə bu barədə görüş olsa da ruhaninin "kars"a salınma səbəbi açıqlanmayıb.

Ailəsinin sözlərinə görə, ruhani Hacı Nurlan sifarişin qurbanı olaraq heç bir qanun pozmadan "kars"da saxlanılır.

Yaxınları ruhaninin 42 gündən artıq "kars"da saxlanılmasının ardından daha sərt cəzalandırılaraq Umbakıda yerləşən həbsxana, qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə köçürüləcəyindən narahatdır.

Qeyd edək ki, Hacı Nurlan Musayev 2023-cü ilin sentyabr ayının 14-də saxlanılıb.