22 January 2023

Türkiyə rus taxılını rublla aldı - Rusiya baş nazirinin müavini

Türkiyə taxılın rublla ödənilməsi ilə bağlı sövdələşməni uğurla başa çatdırdı, indi Rusiya Misirə belə tədarük məsələsi üzərində işləyir.

Operativtv.com Unikala istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Onun sözlərinə görə, hazırda Rusiya Bankı digər dövlətlərin mərkəzi bankları ilə bu cür qarşılıqlı hesablaşmaların mexanizmlərini işləyib hazırlamaq üçün danışıqlar aparır və bu, təkcə ərzaq təchizatına aid deyil.

Hollandiya ən böyük yataqda qaz hasilatını dayandıracaq

"Hollandiya hakimiyyəti 2024-cü ilin oktyabrından gec olmayaraq Qərbi Avropanın Qroningendəki ən böyük yatağında qaz hasilatını dayandırmağı planlaşdırır".

Operativtv.com Unikala istinadən xəbər verir ki, bunu ölkənin İqtisadiyyat və İqlim Siyasəti Nazirliyinin dövlət katibi Hans Veylbrief “ Financial Times ” qəzetinə müsahibəsində bildirib.

İmad Muğniyənin qətlində bir sıra ərəb ölkələrinin MOSSAD ilə əməkdaşlığı

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Hizbullahın hərbi qolunun komandiri İmad Muğniyənin öldürülməsindən 15 il keçməsinə baxmayaraq, İsrail rejim hələ də bu qətliam əməliyyatını həyata keçirdiyini rəsmən açıqlamayıb. Lakin bu yaxınlarda rejimin hərbi və kəşfiyyat işləri üzrə mütəxəssisi olan yazıçı Yossi Melman İmad Muğniyə sui-qəsdinin yeni təfərrüatlarını təsvir edən kitab nəşr edib.

Vaqnerin rəhbəri Ağ Evə yeni sanksiyalar üçün məktub yazıb

Rusiyanın “Vaqner” hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ağ Evə yazdığı qısa məktubda ABŞ-dan “Vaqnerin hansı cinayəti törətdiyi” ilə bağlı ittihama aydınlıq gətirməsini xahiş edib. Ötən gün ABŞ Maliyyə Nazirliyinin Vaqner qrupunu “beynəlxalq cinayət təşkilatı” kimi tanıması qərarı ilə bağlı Ağ Evə məktub göndərən Priqojin bunu da ictimaiyyətlə bölüşüb.

İsraillilər Netanyahunun məhkəmə islahatına qarşı "Diktaturaya yox" deyib küçələrə çıxdı

İsrailin baş naziri Benyamin Netanyahunun təkliflərinə və məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran siyasətlərinə etiraz edən on minlərlə insan paytaxt Təl-Əvivdə toplaşdı. Nümayişlərə 100 mindən çox insanın qatıldığını açıqlayan İsrail polisi Təl-Əvivdəki meydanlara gedən yollarda sıx təhlükəsizlik tədbirləri görüb. Bu həftə nümayişlərə qatılacağını açıqlayan ana müxalifət partiyasının (Gələcək Partiyası) lideri Yair Lapid burada etdiyi çıxışında "Ölkəmizi və demokratiyamızı qoruyacağıq. Qalib gələnə qədər təslim olmayacağıq" deyib.

Minlərlə insan İspaniya hökumətinə qarşı etiraz eksiyası keçirib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, şənbə günü minlərlə insan Madridin mərkəzinə axın edərək, sosialist hökumətə qarşı etiraz edib və onu konstitusiyaya xələl gətirməkdə ittiham edib. Etiraz aksiyasını sağçı partiyalar dəstəkləyib.

Şəhər meriyasının qarşısındakı Plaza de Cibeles meydanına toplaşan etirazçılar İspaniya bayraqlarını dalğalandırıb, baş nazir Pedro Sançesi istefaya çağırıb və onu “satqın” adlandırıblar.

"Kürü diplomatiyası"nın 10 illiyi AŞPA binasında qeyd olunacaq

Azərbaycan hakimiyyətinin "kürü diplomatiyası" nəticəsində qəbul olunmamış Ştrasser qətnaməsinin Strasburqda AŞPA binasında ildönümü qeyd ediləcək.

AŞPA-dakı rüşvət biabırçılığının ifşa edilməsində ciddi rol oynamış Knaus və Şvabe də tədbirdə iştirak edəcəklər.

Qətnamə müəllifi Ştrasser də tədbirə qatılacaq.

Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət edib

 “Məhkəmə-hüquq sistemi bir dəstənin əlində oyuncağa çevrilmiş ölkədə heç kim heç nədən sığortalanmayıb. Özümüzü, övladlarımızı, valideynlərimizi, yaxınlarımızı belə haqsız mühakimələrdən qorumaq üçün Azərbaycanda qanunun aliliyini gec-tez təmin etməliyik. Şübhəsiz ki, bir gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucu babalarının görmək istədiyi cəmiyyət qurulacaq. Ancaq bu, ətrafımızda hər gün baş verən və hər gün artan ədalətiszliklərə qarşı səssizliklə yox, ədalətsizliyə qarşı birgə mübarizə ilə olacaq”.

Ordunu çıxarın! - Burkina-Fasodan Fransaya tələb

Burkina-Faso hökuməti Fransadan ordusunu bir ay ərzində ölkədən çıxarmağı tələb edib.

Operativtv.com Unikala istinadən xəbər verir ki, Burkina Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, hökumət ötən çərşənbə günü Fransanın ölkədəki hərbi mövcudluğunu tənzimləyən 2018-ci il 17 dekabr tarixli sazişi ləğv edib.

Qeyd edək ki, yanvarın 20-də Uqaduquda ölkədə Fransa qoşunlarının mövcudluğuna qarşı nümayiş keçirilib.

Parisdə pensiya islahatlarına qarşı etirazlar zamanı iğtişaşlar başlayıb

Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı etirazlar zamanı iğtişaşlar başlayıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bankları və küçə bankomatlarını sındırmağa, həmçinin işıqforları sıradan çıxarmağa başlayan “Black block” qrupunun üzvləri radikal etiraz fəallığı nümayiş etdirirlər.

“Makron, sonacan mübarizə aparacağıq!”, - etirazçılar şüar səsləndirirlər.

Orxan Eyyubov Ontarionun sahilindəki villasını hansı pulla tikdirib?

Araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" sosial şəbəkə səhifəsində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovla bağlı maraqlı faktları paylaşıb.

Paylaşımda söhbət Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki (Oakville) meşəlikdə tikdirdiyi villanın görüntülərindən gedir.
Xatırladaq ki, Orxan Eyyubov Kanada vətəndaşıdır.

"Paralel.az"

"Park Qusar" istirahət mərkəzində yanğın olub, 4 nəfər ölüb

 Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verib. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub. Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub, altı nəfər yanğından xəsarət alıb.