“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşları Ramil Babayev və Əli Zeynal penitensiar müəssisələrdəki vəziyyətlə bağlı ikinci yazı qələmə alıblar.
Yazının bundan əvvəl “Abzas Media”da dərc olunan birinci hissəsində müəlliflər həbsxanaya daxil olan və azadlığa buraxılan şəxslərdən qeyri-rəsmi ödənişlər tələb olunduğunu iddia etmişdilər.
İkinci hissədə Babayev və Zeynal penitensiar müəssisələrdə müxtəlif xidmətlər və gündəlik ehtiyaclarla bağlı qeyri-rəsmi ödənişlərin tələb edildiyini bildirir, bununla bağlı konkret nümunələr sadalayırlar.
Yazını olduğu kimi təqdim edirik:
Birinci hissədə həbsxanaya girənlərə və azadlığa çıxanlara qarşı rəislərin soyğunçuluğundan bəhs etmişdik. Bu hissədə isə rüşvətin və soyğunçuluğun penitensiar sistemin kapilyar damarlarına kimi nüfuz etdiyini göstərmək üçün bir neçə kiçik nümunəni qeyd edəcəyik.
Məhbus karantindən çıxdıqdan sonra əgər komfortlu otağa keçirilmək üçün 2-3 min AZN ödəməyibsə, böyük ehtimalla ilk ayları yerdə yatmaqla keçəcək. Bir yataq boşaldıqdan sonra aylarla yerdə yatmış bu şəxs o yataqda rəsmi qeydiyyata düşmək üçün isə dəstə rəisinə 100 AZN ödəniş etməlidir.
Məhbusun uzunmüddətli ailə görüşünün vaxtı çatdıqda bu görüşün sonrakı aya təxirə salınmaması üçün o, 20 AZN ödəniş etməlidir. Şəxs ailəsinin sovqat kimi gətirdiyi və həbsxanada qeyri-rəsmi olaraq qadağan olunmuş əşya kimi qələmə verilən ağ köynək, radio, üzqırxan aparat və s. kimi əşyaların qapıdan buraxılması üçün də 20-50 AZN ödəməlidir.
Əgər bir şəxs üçün yaxınları həbsxanaya pul göndərirsə, bu pulun 12 faizini və ya 200 AZN-dən 25 AZN-i qeyri-rəsmi komissiya kimi həbsxana rəhbərliyi götürür.
Qanunvericilikdə nəzərdə tutulmadığı halda, həbsxanada şəxslərin saçları məcburi qaydada tam qırxılır. Əgər məhbus standart modellərdə çox az miqdarda saçının qırxılmasını istəyirsə, buna görə hər ay “qırxım pulu” adlandırılan 10 AZN ödəməlidir.
Rejim qaydasını pozmuş bəzi məhbuslara əlavə cəza kimi əsassız olaraq “qaçmağa meyilli” qeydi qoyulur. Bu siyahıya salınmış şəxs hər saatın tamamında qaçmadığını göstərmək üçün təyin olunmuş nöqtəyə gedərək imza atmalıdır. Əksər hallarda əsassız olaraq salındığı bu siyahıdan adını sildirmək üçün şəxs 700-2000 AZN ödəməlidir.
Bu siyahını çox uzada bilərik, lakin qeyd edirik ki, göstərdiyimiz nümunələr mövcud vəziyyəti aydın təsvir etmək üçün kifayətdir. Növbəti III hissədə rəisləri milyonçu edən əsas gəlir mənbəyini 10 bənd üzrə açıqlayacağıq.
“Rüşvət penitensiar sistemin kapilyar damarlarına kimi nüfuz edib”