İlahiyyatçı Seyfəddin Şirvanov son günlər geniş müzakirələrə səbəb olan hicab qadağası məsələsinə etirazını bildirib. O, hicabı təkcə dini dəyər deyil, eyni zamanda xalqın milli kimliyinin bir parçası kimi dəyərləndirib.
“Multikultural bir ölkədə bütün dini dəyərlərə hörmət göstərilirsə, Azərbaycan xalqının yüzilliklər boyunca tarixi və milli kimliyini özündə ehtiva edən, əhalisinin əksəriyyətinin inanclı olduğu bir xalqın dini düşüncə tərzini əks etdirən bu dəyər mütləq qorunmalıdır. Hətta ölkədə qanunların qəbul edilməsi zamanı bütün rəsmi qurumlar xalqın bu kimi dəyərlərini nəzərə almalı və bu məsələdə həssas davranmalıdırlar”, – deyə ilahiyyatçı bildirib.
İlahiyyatçı, eyni zamanda, hər bir kəsin təhsil almaq hüququnun təsbit olunduğu Ana Qanuna zidd olaraq hicabın qadağan edilməsinin uşaqların təhsildən uzaqlaşdırılması kimi neqativ nəticələrə yol aça biləcəyini bildirib və bu məsələnin yolverilməzliyinə bir daha diqqət çəkib.
Hicab bu xalqın mənəvi sərvətidir, o mütləq qorunmalıdır

Oxşar xəbərlər