Vaqnerin rəhbəri Ağ Evə yeni sanksiyalar üçün məktub yazıb

Rusiyanın “Vaqner” hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ağ Evə yazdığı qısa məktubda ABŞ-dan “Vaqnerin hansı cinayəti törətdiyi” ilə bağlı ittihama aydınlıq gətirməsini xahiş edib. Ötən gün ABŞ Maliyyə Nazirliyinin Vaqner qrupunu “beynəlxalq cinayət təşkilatı” kimi tanıması qərarı ilə bağlı Ağ Evə məktub göndərən Priqojin bunu da ictimaiyyətlə bölüşüb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi dünənki mətbuat konfransında ABŞ Maliyyə Nazirliyinin Vaqneri “beynəlxalq cinayət təşkilatı” kimi tanıyacağını və tətbiq olunacaq sanksiyaların təşkilatın beynəlxalq arenada fəaliyyətini məhdudlaşdırmağa kömək edəcəyini və digərlər ölkələrin də oxşar addımlar atmasına kömək edəcəyini bildirib.  Məktubda deyilir: “Hörmətli cənab Kirbi, Vaqnerin hansı cinayəti törətdiyini izah edə bilərsinizmi?”

ABŞ seçkilərinə müdaxilə etdiyi üçün bu ölkədə axtarışa verilən Priqojin Vaqneri öz raketləri, topları və təyyarələri olan müstəqil bir güc kimi təqdim edərək, onu “pozuculuq edən cinayət təşkilatı” kimi xarakterizə edib. Kirbi, raket və raket daşıdığını düşündükləri vaqonların peyk fotolarını paylaşaraq, Rusiyanın Ukraynada istifadə üçün Şimali Koreyadan silah aldıqlarını sənədləşdirdiyini bildirib. 2021-ci ilin dekabrında AB ölkələri Ukraynadan başqa Suriya, Liviya, Sudan, Mozambik, Mərkəzi Afrika və Malidə fəaliyyəti olduğu düşünülən Vaqnerə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. ABŞ-ın məlumatına görə, Rusiyanın muzdlu “Vaqner” qrupunun hazırda Ukraynada 50 min döyüşçüsü var, onlardan 10 mini müqaviləli, 40 mini isə məhkumdur.