Rusiya Federasiyası noyabrın 1-dən etibarən Ermənistana təbii qazın ötürülməsini tamamilə dondura bilər. Bu barədə Ermənistanın “Hraparak” nəşri özünün rusiyalı mənbələrinə istinadən xəbər verib.
Məlumata görə, bu addım İrəvan rəhbərliyinin Moskvanın irəli sürdüyü siyasi və iqtisadi tələblərə əməl etməyəcəyi təqdirdə atılacaq.
Nəşr bildirir ki, hazırda Ermənistanda qaz şəbəkəsində profilaktik təmir işləri adı altında planlı fasilə elan olunub və əhali mavi yanacaqla yalnız mövcud anbar ehtiyatları hesabına təmin edilir. Lakin mənbələrin iddiasına görə, noyabrın 1-dən sonra xətdə “anidən iri qəza” və ya gözlənilməz fors-major halın yaradılması planlaşdırılır ki, bu da Rusiya qazının nəqlini birdəfəlik dayandırmaq üçün bəhanə ola bilər.
Kremlyönlü dairələrdən sızan məlumatlara əsasən, Moskva belə bir sərt addımdan yayınmaq üçün Nikol Paşinyan hökumətinin qarşısına dörd əsas şərt qoyub:
102-ci hərbi bazanın taleyi: Rusiya Silahlı Qüvvələrinin Qümrüdəki 102-ci hərbi bazasının ölkədən çıxarılması və ya statusunun yenidən müzakirəyə çıxarılması mövzularına birdəfəlik xitam verilməlidir.
Rusiya iqtisadi aktivlərinin toxunulmazlığı: Ermənistan hakimiyyəti ölkədə fəaliyyət göstərən Rusiya kapitalına, xüsusilə “Cənubi Qafqaz Dəmir Yolu” və “Qazprom Ermənistan” kimi iri şirkətlərə qarşı hüquqi və siyasi təzyiqləri dayandırmalıdır.
Xarici siyasət kursunun dəqiqləşdirilməsi: İrəvandan Aİİ və Avropa İttifaqı arasında aydın seçim etməsi tələb olunur. Moskva Avropa İttifaqına inteqrasiya haqqında qanun layihəsinin ləğvini və ya bu məsələ üzrə referendum təşəbbüslərinin dayandırılmasını şərt qoyur.
Müxalifətçilərə təqibin dayandırılması: Moskvaya yaxınlığı ilə bilinən siyasi və ictimai xadimlərə – Robert Koçaryan, Qaqik Tsarukyan, Andranik Tevanyan və Samvel Karapetyana qarşı cinayət təqibi və təzyiqlər dərhal bitməlidir.
Əsas siyahıdan əlavə, Kremlin daha bir tələb irəli sürdüyü iddia olunur. Belə ki, Rusiya rəhbərliyi Ermənistan hökumətində birbaşa Moskva ilə sıx əməkdaşlıq edə biləcək və Rusiya üçün etibarlı sayılan yeni Baş nazir müavininin təyin edilməsini istəyir.
Qəzet baş verənlərlə bağlı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə rəsmi sorğu ünvanlasa da, qurumdan gün ərzində heç bir cavab ala bilmədiyini qeyd edib. Məlumata görə, hazırda bu kritik məsələdən yalnız Ermənistan hakimiyyətinin ən yüksək eşelonundakı məhdud sayda məmur xəbərdardır.
KİV: Rusiya Ermənistana qaz nəqlini dayandıra bilər