İmad Muğniyənin qətlində bir sıra ərəb ölkələrinin MOSSAD ilə əməkdaşlığı

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Hizbullahın hərbi qolunun komandiri İmad Muğniyənin öldürülməsindən 15 il keçməsinə baxmayaraq, İsrail rejim hələ də bu qətliam əməliyyatını həyata keçirdiyini rəsmən açıqlamayıb. Lakin bu yaxınlarda rejimin hərbi və kəşfiyyat işləri üzrə mütəxəssisi olan yazıçı Yossi Melman İmad Muğniyə sui-qəsdinin yeni təfərrüatlarını təsvir edən kitab nəşr edib. Bu, bir çox ölkələrin, o cümlədən ərəb ölkələrinin kəşfiyyat xidmətlərinin bu əməliyyatın həyata keçirilməsi üçün məlumatların toplanması, layihələndirilməsi və həyata keçirilməsi prosesində iştirak etdiyini göstərir.

Hizbullah komandirinə qarşı sui-qəsd əməliyyatının əsas layihəçisi Amerikadır. Bu kitab həm də İsrail rejimilə ABŞ arasında informasiya mübadiləsi sahəsində əlaqələrin dərinliyini, onun Qərbi Asiyada terror əməliyyatlarının keyfiyyəti və mexanizmində koordinasiyasını üzə çıxarıb və göstərir ki, bu əməliyyatları həyata keçirməkdə ilk və son söz Amerikaya məxsusdur.