İslam Əməkdaşlıq Təşkilatından İsveçə cavab

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha İsveçdə ifrat sağçı siyasətçi Rasmus Paludanın Quranı yandırmasına münasibət bildirib.

İbrahim Taha bu alçaq hərəkətlə bağlı açıqlama verib: “Həddindən artıq sağçı ünsürlərin törətdiyi bu təxribatçı hərəkətlər dəfələrlə müsəlmanları və onların müqəddəs dəyərlərini hədəf alır. Bu, islamafobiya, kin, nifrət, təəssübkeşlik və ksenofobiyanın çatdığı dəhşətli səviyyəyə bir nümunədir. İsveç hakimiyyəti bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməlidir. Belə halların təkrarlanmaması üçün beynəlxalq səylər artırılmalı və islamofobiya ilə mübarizə həmrəylik əsasında aparılmalıdır”.