Raad: Biz Şəhid Nəsrullahın və Şəhid Xameneinin böyük irsünə sadiq qalacağıq

Hizbullah rəsmisi Şəhid Nəsrullaha sədaqət andını yeniləyərək, imperializmə qarşı mübarizədə Şəhid Nəsrullahın və Şəhid İmam Xameneinin yolunu davam etdirəcəyinə söz verib.

Müqavimətin böyük lideri Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümündə, Hizbullahın Livan parlamentindəki blokunun rəhbəri və hərəkatın yüksək rütbəli rəsmisi Məhəmməd Raad Müqavimətin Şəhid Seyidinə həsr olunmuş təsirli bir mesaj qələmə aldı. Mesajın tam mətni belədir:

 

Müqavimət öz yolunu səbir və iradə ilə davam etdirir

Aramızdan ayrılmağınızdan iki il keçdi. Sanki Uca Allah xalqımızı və müqavimətimizi xüsusi və gərgin bir hazırlıq dövründən - ədalətsizlik, zülm, korrupsiya və işğal qarşısında bizdən gözlənilən rola uyğun bir dövrdən keçirmək üçün [bu zamanı] seçmişdi.

Bu, öhdəsinə götürülməsi son dərəcə çətin və ağır olan bir roldur; o dərəcədə ki, Möminlərin Əmiri İmam Əli ibn Əbu Talib (ə) buyurduğu kimi, bu vəzifəni yalnız "Allaha yaxınlaşdırılmış bir mələk, göndərilmiş bir peyğəmbər və ya qəlbi Allah tərəfindən imanla sınanmış bir bəndə" yerinə yetirə bilər.

İki il keçib və Müqavimətin Şəhid Lideri – öz uca məqamından – düşmənin hərəkətlərini, müqavimət döyüşçülərinin fəaliyyətini, sui-qəsdçilərin hiylələrini və böyük, məzlum və hədəfə alınmış mömin xalqımızın ağır vəziyyətini müşahidə edir.

Əziz Seyidimizin şəhadətindən iki il keçdi və bu müddət ərzində biz Livan və region reallığında iki zidd yolun ortaya çıxmasının şahidi olduq.

Ey əziz şəhidimiz, şəhidliyindən iki il keçməsinə baxmayaraq, yoxluğunun yaratdığı yara və ağrı hələ də sağalmayıb. Bu gün vətənimiz təkcə sionist təcavüzkarların və işğalçıların oxlarına deyil, həm də fürsətçilərin uzaqgörənlikdən məhrum və məsuliyyətsiz davranışlarına hədəf olaraq qalır.

Sizi əmin edirik ki, müqavimət cərgəsindəki övladlarınız sizə verdikləri vədə sadiq qalacaqlar; xalqın ən şərəfli, təmiz və vəfalı övladları sizin müqavimət yolunuza - qorxaqlığı və təslimçiliyi qətiyyətlə rədd edən o yola - sadiq qalacaqlar.

Bu qəhrəmanlar nə düşməndən, nə də torpağı azad etmək məsuliyyətindən üz döndərən və hətta təcavüzkarları pisləməkdən belə çəkinən daxili xainlərdən qorxurlar. Bundan əlavə, onlar pulla ələ alınmış media vasitəsilə ümidsizlik yayan, müqaviməti və onun tərəfdarlarını ruhdan salmağa, ölkə daxilində nifaq və parçalanma yaratmağa, düşmənlə əməkdaşlıq cinayətini legitimləşdirməyə və xalqa qarşı hər cür xəyanətə əl atmağa çalışan məkrli xainlərin səslərindən də çəkinmirlər. Üzləşdiyimiz bütün çətinliklər və sui-qəsdlər fonunda, şəhadətinizin və əbədiyyət aləminə yüksəlişinizin ildönümündə — dinin, vətənin və bəşəriyyətin düşmənlərinə qarşı — azadlıq və qələbə əldə olunana qədər sədaqət və müqavimət yolunda möhkəm dayanacağımıza and içirik.

Vətən daxilindəki bəzi nüfuzlu şəxslərin sionist işğalçılar və qaniçən Amerika-Sionist oxu ilə əməkdaşlığı övladlarınızı hiddətləndirsə və kədərləndirsə də, onlar məğrur və sarsılmaz şəkildə dayanmaqda davam edirlər.

Ey müqavimətin əziz Seyyidi və uca Şəhidimiz, vəfatınızın ildönümündə əhdimizi təzələyirik: bizim üçün əsas prioritet işğalçıları məğlub etmək, müqaviməti davam etdirmək, düşmənə təslim olmamaq, milli suverenliyi və daxili sülhü qorumaq, həmçinin həqiqət və ədalət amalını uca tutmaqdır.