Xarici əsgərlər ölkədən çıxarılmalıdır

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İraqın keçmiş baş naziri dollar böhranının köklərinin keçmişdə dayandığını, lakin bunun Sudani hökumətində özünü büruzə verdiyini bildirib. İraqın keçmiş baş naziri Nuri əl-Maliki xarici qoşunların İraqda qalmasının siyasi və milli problem olduğunu da vurğulayıb.

O, Əl-Şərqiyyə kanalına müsahibəsində deyib: “ABŞ dollardan silah kimi istifadə edir və İraqdakı vəziyyəti izləyir. Dollar böhranının kökləri keçmişdə olsa da, Sudani hökumətində özünü büruzə verdi. Hazırkı hökumətin fəaliyyəti bəzi yerli və beynəlxalq təşkilatlar tərəfindən bəyənilmir. Qalan xarici hərbi qüvvələr təkcə şiə koordinasiya çərçivəsinin problemi deyil, həm də siyasi və milli problemdir. Xarici qoşunların İraqdan çıxarılması qərarı parlamentdə yekdilliklə qəbul edilib. Xarici hərbi qüvvələrin olması çox təhlükəli məsələdir.”