10 November 2022

Azərbaycandan Rusiya bazarlarına xurma daşıyan maşınlar sərhəddə gecikir

Zaqatala rayonunda xurma yığımına başlanılıb. Kənd təsərrüfatının ixrac potensialı yüksək olan xurmaçılıq şimal-qərb bölgəsində olduqca geniş yayılıb. Əsasən Zaqatala və Balakən rayonlarında xurma bağları çoxluq təşkil edir. Bu məhsul isə fermerlər tərəfindən Rusiya bazarlarına çıxarılır. Əvvəlki illərlə müqayisədə bu il fermerlər məhsul satışında problemlə üzləşiblər.

Britaniyalıların öldürdüyü əfqan uşaqların sayı açıqlanıb

Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) Əfqanıstanda keçirilən əməliyyatlar zamanı krallıq hərbçiləri tərəfindən qətlə yetirilən əfqanıstanlı 64 uşaq və yeniyetmənin ailələrinə təzminat ödəyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə “Silahlı Zorakılıqla Mübarizə” Təşkilatı (AOAV) məlumat yayıb.

Həyatına son qoyulan hər bir uşaq və yeniyetməyə görə 1656 funt sterlinq (təxminən 3204 AZN) təzminat ödənilib.

Hizbullah: ABŞ İrandan elektrik enerjisi almağımıza mane olur

"Amerika Livandakı böhrana görə məsuliyyət daşıyır və İrandan elektrik enerjisi almağımıza mane olur".

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Livan Hizbullah Hərəkatı baş katibinin müavini Şeyx Nəim Qasım, Bilal Mikdətin anım mərasimindəki çıxışında bildirib.

Şeyx Nəim Qasım Livanın birlik və həmrəyliklə Amerikanın zülmünə müqavimət göstərə biləcəyini vurğulayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 100-dən çox ərizə üzrə qərarları elan edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 100-dən çox ərizəni əhatə edən 4 iş üzrə qərarları elan edib.

Onlar pis rəftar, mülkiyyət, birləşmə hüquqlarının pozulması, ədalətli məhkəmə çəkişməsilə bağlı şikayətlərin səmərəsiz araşdırılmasına aiddir.

Azərbaycan Demokratiya və Rifah Partiyası Rusiya və Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli  bəyanatı imzalamasının ikinci ildönümü ilə bağlı cümə axşamı Azərbaycan Demokratiya və Rifah Partiyasının təşəbbüsü ilə müzakirələr keçirilib.

Müzakirələr “İtkilər/qazanclar və gələcəyə baxış” leytmotivi çərçivəsində və Demokratiya və Rifah Partiyasının təqdim etdiyi 8 bəndlik qiymətləndirmə sənədi əsasında aparılıb.

“Tərtər işi” ibtidai istintaqa qaytarılır

Noyabrın 10-da Gəncə Hərbi Məhkəməsində “Tərtər işi” üzrə daha 7 nəfərin məhkəməsi başlayıb. Qısa çəkən məhkəmədə hakimin çıxardığı qərarla Babayev Orxan Nəriman oğlunun, Aibov Emin Hörmət oğlunun, Abdullayev Zaur Akif oğlunun, Xəlilov Vəli Savxoz oğlunun, Rzayev Nicat Qabil oğlunun, Quluzadə Natiq Altay oğlunun, Tanrıverdizadə Yalçın Əmir oğlunun “Cinayət işi” təkrar baxılması üçün icraatı yenilənmiş istintaqa qaytarılıb.

Daxili İşlər Nazirliyi: Hakimiyyətlə razılaşdırılmayan etiraz aksiyasının qarşısı alınacaq

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış etiraz aksiyasına cəhd olarsa, polis bunun qarşısını alacaq, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, aksiya zamanı mümkün qanunazidd əmələ görə məsuliyyət onun təşkilatçılarının üzərinə düşəcək.

"ABŞ və İsrail İslamı zorakılıq dini kimi tanıtmaq üçün İŞİD-i yaratdılar"

İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının baş katibi Həmid Şəhriyari İŞİD terror qruplaşmasını İslam ümmətində ixtilaf yaratmaq üçün imperializm tərəfindən qurulan bir qurum kimi xarakterizə edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həmid Şəhriyari alimlərlə görüşmək üçün getdiyi Suriyadakı Şeyx Əhməd Kaftaro təlim mərkəzinə səfəri zamanı deyib:

Taliban sözçüsü Türkiyə səfiri ilə görüşüb

Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid və Türkiyənin Kabildəki səfiri görüşərək, iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Zəbihullah Mücahid və Cihad Ergin dünənki görüşdə Əfqanıstan və Türkiyə münasibətlərini tarixi və yaxşı adlandırıb və iki ölkə arasında əlaqələrin güclənməsini və genişlənməsini vurğulayıblar.

Suriyada ABŞ qüvvələrinin nəzarətində olan düşərgədə iki min insan girov kimi saxlanılır - Sülh Mərkəzi

“ABŞ-ın nəzarətində olan bölgədə yerləşən və onun dəstəklədiyi silahlı qruplaşmalar iki min civarında qaçqını girov kimi saxlayırlar.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı “Sülh Mərkəzi”nin rəhbəri Oleq Eqorov açıqlama verib.

Von der Leyen Rusiya qazını Azərbaycan və digər etibarlı təchizatçılarla əvəz etdiklərini açıqlayıb

"Rusiya əvvəl Avropanın ən böyük yanacaq təchizatçısı idi, Aİ Rusiyanın qalıq yanacaq resurslarının ən böyük müştərilərindən biri idi, ancaq bu artıq sona çatıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Moldovada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu ölkənin Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıblar

Yaponiya və ABŞ silahlı qüvvələri “Keen Sword” genişmiqyaslı hərbi təlimlərə başlayıblar.

Operativtv.com Report-a istinadən xəbər verir ki, təlimlərdə ordunun müxtəlif bölmələri, hərbi-dəniz qüvvələrinin aviasiyası və gəmiləri iştirak edirlər.

Belə təlimlər iki ildə bir dəfə keçirilir. Bu il təşkil edilən təlimlərə təqribən 26 min yapon və 10 min ABŞ hərbçisi cəlb olunub.

Şahruddinin vəziyyəti necədir?

Ötən gün “Turan Tovuz”la oyunda zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev durumu barədə paylaşım edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, qapıçı instaqram paylaşımında vəziyyətinin yaxşı olduğunu qeyd edib:

“Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər Tovuz”. 

Vaşinqton görüşünün yekunları. Danışıqlar prosesi çıxılmaz nöqtədədir

Azərbaycan Qarabağda azərbaycanlılar üçün müqəddəs olan Şuşa şəhərinin azad edilməsinin və Ermənistanın keçmişdə işğal etdiyi rayonların azad edilməsi uğrunda müharibədə qələbənin ikinci ildönümünü qeyd edərkən iki düşmən Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirləri çoxillik Brüssel-Moskva-Vaşinqton estafeti çərçivəsində Vaşinqtonda sülh danışıqlarını davam etdirirdilər.

Husilər Yəməndə PUA-larla neft limanını hədəfə alıblar

Husilər Yəmənin Şəbva əyalətində Səudiyyə Ərəbistanı hərbi koalisiyasının nəzarətində olan neft limanına PUA-larla hücum ediblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Yəmən Silahlı Qüvvələri”nin (Husilər) mətbuat katibi briqada generalı Yəhya Səri tvitter səhifəsində bəyanat verib.

TDT-nin Naxçıvan Sazişində dəyişiklik ediləcək

Azərbaycan, Qazaxıstan və Özbəkistanla üçtərəfli görüşlərə xüsusi əhəmiyyət veririk və bunları davam etdirəcəyik.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir sabah Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə bir sıra sənədlərin imzalanacağını diqqətə çatdırıb.

O əlavə edib ki, təşkilatın Naxçıvan Sazişində dəyişiklik ediləcək.