İsfahanda Hava sənayesi zavodunda partlayışın qarşısı alınıb

 İranın İsfahan əyalətində Hava sənayesinə aid zavodda partlayışın törədilməsi planalaşdırılıb. Kəşfiyyat qurumları partlayışın qarşısını alıblar.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Kəşfiyyat naziri Höccətül-islam Xətib deyib.

O, yerli KİV-lərə açıqlamasında son zamanlarda ölkədə baş verən iğtişaşlar fonunda xarici kəşfiyyat qurumlarının dəstəyi ilə bir sıra həssas obyektlərə hücumların planlaşdırıldığını deyib.

Nazir bildirib ki, İsfahanda Hava sənayesinə aid zavodda partlayışın törədilməsi də bu planlardan biri olub ki, zamanında onun qarşısı alınıb.

Nazir əlavə edib ki, son iğtişaşlarda “Münafiqlər”ə (Xalq Mücahidləri Təşkilatı) bağlı 100 civarında, 150 nəfər isə separatçı kürd və digər terror qruplarına üzv şəxslər ələ keçirilib.