Suriya qəbilələri: ABŞ qüvvələrini hədəf alın

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Suriya qəbilələri işğalçı Amerikanın Suriyadan çıxmasını vurğulayaraq bütün Suriyada Amerika qüvvələrinə hücum etmək istədiklərini deyiblər.

Suriyadakı bir qəbilə Həsəkə əyalətində işğalçı Amerika qüvvələrinin nəzarəti altında keçiriləcək hər hansı toplantıya qatılmağın əleyhinə olduqlarını vurğulayaraq, bu görüşün məqsədinin qəbilələr arasında təfriqə və tayfalar arasında fitnə salmaq olduğunu bildirib. Bu çərçivədə “Tai” tayfası terrorla mübarizəni vurğulayaraq, bölgədə törətdikləri cinayətləri və qətlləri ört-basdır etmək üçün talançılıq siyasətləri ilə yalançı demokratiya iddiasında olan Amerika qüvvələri başda olmaqla, terrorçuların bütün dəstəkçilərinə qarşı olduqlarını vurğulayıblar. Açıqlamada bu qəbilə işğalçı Amerika qüvvələrinin himayəsi altında keçiriləcək hər hansı bir toplantıya qatılmağın əleyhinə olduqlarını və bu görüşün Amerikanın Suriyanı parçalamaq və Suriya xalqını talan etmək planının həyata keçirilməsi istiqamətində keçirilən bir toplantı olduğunu vurğulayıb.

Bu qəbilə bəyanatında belə ifadələr işlədib: “İşğalçı amerikalılar xalq müqavimətindən başqa torpaqlarımızı tərk etməyəcəklər, ona görə də Suriyanın istənilən yerində onlara hücum etməyi tələb edirik, çünki onlar yalnız güc dilini başa düşürlər. Osmanlıları və fransızları qovduğumuz kimi, onları da qovmalı və bütün gücümüzlə torpaqlarımızı işğal etmək, sərvətlərimizi talamaq və terrora dəstək vermək məqsədi ilə Suriyaya daxil olan işğalçıları qovmağa çalışmalıyıq”.

Bu açıqlamada sözügedən tayfanın Suriya prezidenti Bəşər Əsədə sadiqliyi ilə bağlı mövqeyi də ifadə edilib.