Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıblar

Yaponiya və ABŞ silahlı qüvvələri “Keen Sword” genişmiqyaslı hərbi təlimlərə başlayıblar.

Operativtv.com Report-a istinadən xəbər verir ki, təlimlərdə ordunun müxtəlif bölmələri, hərbi-dəniz qüvvələrinin aviasiyası və gəmiləri iştirak edirlər.

Belə təlimlər iki ildə bir dəfə keçirilir. Bu il təşkil edilən təlimlərə təqribən 26 min yapon və 10 min ABŞ hərbçisi cəlb olunub.

Qeyd olunub ki, “Keen Sword” təlimləri iki ölkənin ordusunun Yaponiyanın müdafiəsi və regionda sabitlik üçün zəruri olan hərbi-hava, dəniz və amfibiya bacarıqlarını yoxlamağa imkan yaradacaq.

Kaqoşima prefekturasına daxil olan Tokunoşima adalarının müdafiəsinin nəzərdə tutulduğu təlimlərə Avstraliya, Kanada və Böyük Britaniyanın dörd gəmisinin və iki təyyarəsinin qatılacağı da bildirilir.