AEBA ilə İran arasında danışıqlar nəticəsiz başa çatıb

Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında nüvə proqramına dair danışıqlar nəticəsiz başa çatıb.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə “Reuters“ə AEBA-nın rəhbəri Rafael Qrossi bildirib.

“Onlar yenə də heç nə gətirmədilər” – deyə Qrossi vurğulayıb.

Bununla belə, AEBA rəhbəri ikitərəfli təmasların davam etdiyini, yaxın həftələrdə İranda növbəti görüşün olacağını qeyd edib.