Britaniyalıların öldürdüyü əfqan uşaqların sayı açıqlanıb

Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) Əfqanıstanda keçirilən əməliyyatlar zamanı krallıq hərbçiləri tərəfindən qətlə yetirilən əfqanıstanlı 64 uşaq və yeniyetmənin ailələrinə təzminat ödəyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə “Silahlı Zorakılıqla Mübarizə” Təşkilatı (AOAV) məlumat yayıb.

Həyatına son qoyulan hər bir uşaq və yeniyetməyə görə 1656 funt sterlinq (təxminən 3204 AZN) təzminat ödənilib.

Təşkilat istisna etməyib ki, britaniyalı hərbi qulluqçuların Əfqanıstanda öldürdüyü uşaqların real sayı 135-ə çata bilər.