İtaliya sentyabr ayında Azərbaycandan 700 min ton neft alıb

İtaliya sentyabr ayında neft idxalını 5,6% – 5,261 milyon tonadək azaldıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir.

İtaliyanın Ekoloji Keçid Nazirliyinin məlumatına görə, əsas tədarükçülər Rusiya (1,5 milyon ton), Azərbaycan (699 min ton) və Liviya (683 min ton) olub. Sentyabrda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $89,74 təşkil edib. “Siberian Light” $86,57, “Urals” $74,04-ə əldə edilib. Ən bahalı neft növü Nigeriyanın “Ebok” ($112,37), ən ucuz neft növü isə “Varandei” ($68,16) olub.

Yanvar-sentyabr aylarında İtaliya 46,8 milyon ton neft idxal edib.