Paracüdo üzrə Azərbaycan millisi dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında hamıdan güclü olub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, yığmamız qızıl medala sahib çıxıb. 

Yığma komanda finalda Türkiyəyə 4:2 qalib gəlib. Bununla da, Azərbaycan paracüdoçuları birinci yerə yüksəliblər.