"ABŞ və İsrail İslamı zorakılıq dini kimi tanıtmaq üçün İŞİD-i yaratdılar"

İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının baş katibi Həmid Şəhriyari İŞİD terror qruplaşmasını İslam ümmətində ixtilaf yaratmaq üçün imperializm tərəfindən qurulan bir qurum kimi xarakterizə edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həmid Şəhriyari alimlərlə görüşmək üçün getdiyi Suriyadakı Şeyx Əhməd Kaftaro təlim mərkəzinə səfəri zamanı deyib:

"İmperializm, xüsusən də ABŞ və sionist rejim İslamı zorakılıq dini kimi tanıtmağa çalışırlar və buna görə də İŞİD-i qurdular".

Şəhriyari İslami təlimlərin düzgün ifadəsini, təkfirçilərin, xüsusən də İŞİD-in həqiqi simasını üzə çıxarmağı və onların müsəlmanlar arasında təfriqə və ixtilaf salmaq kimi təhlükəli təkəbbürlü planını işıqlandırmağı dünya islam alimlərinin ən mühüm vəzifələrindən hesab edib.

Şəhriyari İranda sünnilərin vəziyyətinə toxunaraq bildirib ki, İran İslam Respublikasında islami məzhəblər sülh şəraitində yanaşı yaşayırlar.

Şəhriyari onu da bildirib ki, İslam dinləri ilə yanaşı, xristian, yəhudi və zərdüştilik dinləri də müsəlmanlarla birgə yaşamağa və öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməyə davam edir.