01 November 2022

DTX: Hərbi təlimlərə cəlb edilmiş şəxslərdən biri İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılıb

Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün DTX-nın yaydığı məlumatda bildirilir.

Şəhid anası Naftalan Sanatoriyasına təşəkkür etdi

Şəhid Quliyev Nail Fəxrəddin oğlunun anası Təhməzova Raziyyə ana 
Gözəl Naftalan Sanatoriyasının xidmətlərindən məmnun qalıb. O, Sanatoriyanın bütün kollektivinə, həkim heyətinə təşəkkürünü çatdırıb. O, xüsusilə, Gözəl Naftalanın həkimi Nəzakət həkimə və daim onun qayğısına qalan müdriyyətə minnətdarlığını bildirib. 
Qeyd edək ki,

İran Fars Körfəzində saxladığı neft tankerində 21 xarici vətəndaşın olduğunu bildirib

İran hökuməti bir neçə gün öncə Fars Körfəzində saxladığı neft tankeri ilə bağlı yeni məlumat yayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələri bir neçə gün öncə Fars Körfəzində qaçaq neft daşıyan gəminin göyərtəsində 21 xarici vətəndaşın olduğunu və onların da saxlanıldığını bildirib.

İŞİD lideri Həşdi Şabi tərəfindən saxlanılıb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Kərkükdə İraq Silahlı Qüvvələri və terrorla mübarizə qüvvələrinin birgə təşkil etdiyi əməliyyatda İŞİD lideri həbs edilib.

 MEHR-nin verdiyi məlumata görə, İraqın Xalq Səfərbərlik Birliyi (Həşdi-Şabi) Səlahəddin vilayətində terror planının qarşısını aldığını açıqlayıb. Məlumatlara görə, İraq qüvvələri tərəfindən Samirranın cənubunda iki partlayıcı kəmər də aşkar edilib.

ABŞ-da aralıq seçki sorğusu: 'Ölkə nəzarətdən çıxıb'

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, noyabrın 8-də ABŞ-da keçiriləcək aralıq seçkiləri öncəsi həyəcan artdıqca, yeni sorğu amerikalıların əksəriyyətinin ölkənin "nəzarətdən kənarda" olduğunu düşünür.

CBS News-un sorğusuna əsasən, amerikalıların 80 faizi ölkədə böyük xaosun hökm sürdüyünü düşünür. Belə düşünənlərin əksəriyyətinin Co Bayden administrasiyasından narahat olan respublikalardan olduğu görünsə də, müstəqil seçicilərin 88 faizi ölkədə nəzarətin əldə edilə bilməyəcəyindən doğur.

UEFA “Qarabağ”a 1 milyon 294 min avro köçürdü

“Qarabağ” klubuna Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə ödəniş edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) UEFA tərəfindən ayrılmış 1.294.000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Azərbaycanda DTX rəisi vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, müvafiq əmrlə Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi polkovnik Nurlan Pənahov tutduğu vəzifəsindən azad olunub. Onun yerinə uzun illər Bakıda bu qurumda idarə rəisi vəzifəsində çalışan polkovnik Mövsüm Aşurov təyin edilib.

Lavrov: Heç kim Rusiya iqtisadiyyatını dayandıra və ölkədə daxili siyasi sabitliyi poza bilməyəcək

Heç kim Rusiya iqtisadiyyatını dayandıra və ölkədə daxili siyasi sabitliyi poza bilməyəcək. 

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xaricdə yaşayan rusiyalı həmvətənlərin “İqtisadi əməkdaşlıq: həmvətənlər və Rusiyanın regionları” Ümumdünya Tematik Konfransının iştirakçılarına müraciətində deyilir. 

Dünyada ən çox cütlüyün qatıldığı toy mərasimi Yəməndə keçirilib

Yəmənin paytaxtı Sənada 10,044-dən çox bəy və gəlinin iştirak etdiyi müstəsna tədbirdə dünyanın ən böyük kütləvi toy mərasimi qeydə alınıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün Yəmənin paytaxtı Səna şəhəri ən çox bəy və gəlinin iştirak etdiyi toy mərasiminin şahidi olub.

Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir

Göyçay rayonunun ən qədim tarixi abidəsi olan "Yeraltı hamam" abidə kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib. Uzun illərdir baxımsız vəziyyətdə qalan abidə demək olar ki, aidiyyəti qurumlar tərəfindən unudulub. Otuz ildən çoxdur baxımsız vəziyyətdə qalan bu memarlıq nümunəsinin bərpası bir neçə ildir nəzərdə tutulsa da, əməli olaraq hələ ki, heç bir lazımi tədbir görülməyib.

İsraildə parlament seçkiləri başlayıb

Operativtv.com Oxu.az-a istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) İsraildə Knessetə seçkilər başlayıb.

Qeyd olunur ki, 6 milyondan çox İsrail vətəndaşı 12 495 seçki məntəqəsində Knessetə layiq bildiyi namizədlərə səs verəcək.

Seçki məntəqələrində və onların yaxınlığında 18 min polis əməkdaşı asayişi təmin edəcək.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi: İrana qarşı hərbi variant masadadır

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İranın Məhsa Əmini etirazları ilə boğuşduğu və İran rəsmilərinin xarici məxfi xidmətləri günahlandırdığı bir vaxtda Vaşinqton yenidən Tehrana qarşı "Bütün variantlar, o cümlədən hərbi variant masadadır" müharibə qızışdıran ritorikaya xidmət edib.

DTX rəisi Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəsi ilə görüşüb

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, oktyabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Draqana Koiçi qəbul etmişdir.

Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı artırılıb

Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.

Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.

Qərar bu gündən qüvvəyə minib.