“Hizbullah”: Lüğətimizdə “təslim olmaq” ifadəsi yoxdur!

Müqavimət cəbhəsinin lüğətin “təslim olmaq” ifadəsi yoxdur.

Bu barədə “Hizbullah” hərəkatının Livan Parlamentindəki nümayəndəsi Hüseyn əl-Hacc Həsən bəyan edib.

O qeyd edib ki, “Hizbullah” hərəkatı ona göstərilən təzyiqlərin qarşısında möhkəm şəkildə dayanıb.

Hüseyn əl-Hacc Həsən bildirib ki, “Hizbullah” İran İslam Respublikası ilə müttəfiq olması və İranın gücünə güvənməsi ilə fəxr edir və “Hizbullah”ın hər zaan İran tərəfindən dəstəklənəcəyini vurğulayıb.

“Müqavimət cəbhəsi düşmənin müqaviməti məhv etmək məqsədini dəf edə bildi. “Hizbullah”ın 2026-cı ildə müharibəyə girməsi Livan hökumətinin vəzifə və məsuliyyətlərini yerinə yetirməməsi ilə bağlı idi”, – deyə o qeyd edib.

Hərəkatın parlamentdəki nümayəndəsi bildirib ki, “Hizbullah” güclü olaraq qalır və bu faktı təsdiqləyən şey budur – “ABŞ, sionist İsrail rejimi və beynəlxalq ictimaiyyəti Livan məsələsinə xüsusi diqqət yetirir ki, bu da onun sahədəki əhəmiyyətini və çəkisini göstərir”.

“Təslim olmaq seçimi müqavimət lüğətində yoxdur və biz təzyiqlərə baxmayaraq möhkəm və sabit qalmaq istəyirik”, – deyə o bəyan edib.