İsraildə parlament seçkiləri başlayıb

Operativtv.com Oxu.az-a istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) İsraildə Knessetə seçkilər başlayıb.

Qeyd olunur ki, 6 milyondan çox İsrail vətəndaşı 12 495 seçki məntəqəsində Knessetə layiq bildiyi namizədlərə səs verəcək.

Seçki məntəqələrində və onların yaxınlığında 18 min polis əməkdaşı asayişi təmin edəcək.

Xatırladaq ki, bu son 3 ildə İsraildə keçirilən 5-ci parlament seçkiləri olacaq.