UEFA “Qarabağ”a 1 milyon 294 min avro köçürdü

“Qarabağ” klubuna Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə ödəniş edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) UEFA tərəfindən ayrılmış 1.294.000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.