Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev inzibati qaydada həbs olunub.
Bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov məlumat yayıb. Onun sözlərinə görə, sentyabrın 4-də Salyan Rayon Məhkəməsində baş tutan prosesdə siyasi fəala 30 sutka müddətinə həbs cəzası verilib.
Z.Salayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
AXCP üzvlərinin yaydığı məlumata görə, Z.Salayev sentyabrın 3-ü axşam saatlarında yaşadığı məhəlləyə qədər üç avtomobillə təqib edilib. Sentyabrın 4-ü saat 14.00 radələrində isə onun saxlanıldığı xəbəri yayılıb.
Partiya üzvləri həbsi siyasi sifarişli hesab edir.
Z.Salayev avqustun 7-də cəzaçəkmə müddətini bitirərək azadlığa çıxmışdı. O, 2023-cü il mayın 22-də Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Salayev həmin il fevralın 7-də saxlanılmış və Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunmuşdu. AXCP fəalı ittihamı qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirdi
Zamin Salayev inzibati qaydada həbs olunub