Türkiyəli stendapçı və aktyor Deniz Göktaş barəsində ittiham aktı hazırlanıb. Prokuror Göktaşın 2 il 7 aydan 12 il 2 ayadək azadlıqdan məhrum edilməsini tələb edib. İttiham aktında Göktaşın İslam dininin və oruc ibadətinin hədəfə alındığı irəli sürülüb.
Məhkəmə xalqın inancına böyük ehtiram ifadə edərək dinə qarşı atılan yanlış addımı ciddi cəzalandırmaq fikrindədir. Böyük ehtimalla bu məsələnin siyasi çalarları da var. Stendapçının ölkə prezidenti başda olmaqla rəsmi şəxsləri hədəfə alması da bu məsələdə az rola malik deyil.
Eyni problem bir müddət öncə Azərbaycanda “Allah yoxdur” şüarı altında inanc və inanclıları hədəfə alan və nəticədə 10 sutka cəzalanan “Çevik”i diqqətə gətirdi. Yəqin ki, burada fərq dini inancın təhqir hissəsində deyil. Çevikin təhqiri Göktaşdan daha ciddi və daha sərtdir. Ancaq məsələdə ikinci hissənin yanaşımı Çeviki elə 10 sutka ilə, Göktaşı isə 2-ildən 12-ilə qədər uzanacaq ağır cəzaya tuş edib ki, bu da stendapçının rəsmi şəxslərin hədəfə almasıdır.
Bu iki məsələdə inancın təhqirində ortaq olan şəxslərin rəsmiləri hədəfləməsi məsələsində mövqeləri fərqlidir. Bu isə öz növbəsində rejimlərin narahatlıqlarının əsil həqiqətini ortaya qoyur. Onların xalqın inancı ilə bağlı məsələdə soyuqqanlı olmaları, rəsmilərə ünvanlı fikirlər onlar üçün daha əhəmiyyətli hesab edilir. Əks halda dinə qarşı aşağılayıcı, təhqir dolu ifadələr hakimiyyətin narahatlıq hədəfində və şübhəsiz qarşıdurmaya zəmin olan məlum hadisə önlənmiş olardı.
Türkiyədə dini təhqir edən şəxsə ağr cəza, Azərbaycanda isə sadəcə 10 sutka