Varlı ərəb dövlətlərinin liderləri üzv olduqları təşkilatın zirvə sammitinə qatılmayıblar

Körfəzdə yerləşən varlı ərəb dövlətlərinin başçıları Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısına qatılmayıblar.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və sair körfəz ərəb dövlətlərinin liderləri müxtəlif səbəbləri açıqlayaraq, Əlcəzairdə bu gün və sabah keçirilməkdə olan 31-ci zirvə toplantısına qatılmayıblar.

Habelə son 10 ildə olduğu kimi rəsmi Dəməşq də bu il Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısına qatılmayıb.

Qeyd edək ki, Suriyada daxili müharibə zamanı bır sıra ərəb dövlətləri rəsmi Dəməşqin kürsüsünü müxalifətə vermişdilər.

Eyni zamanda HƏMAS hərəkatı Əlcəzairdə keçirilən Ərəb Liqasının iclasından İsrailə qarşı müqavimətdə dəstək istəyib.

Mütəxəssislər pandemiyadan sonra işinə başlayan iclasın gözlənilən nəticəni verməsinə şübhə ilə yanaşırlar.