İran Fars Körfəzində saxladığı neft tankerində 21 xarici vətəndaşın olduğunu bildirib

İran hökuməti bir neçə gün öncə Fars Körfəzində saxladığı neft tankeri ilə bağlı yeni məlumat yayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələri bir neçə gün öncə Fars Körfəzində qaçaq neft daşıyan gəminin göyərtəsində 21 xarici vətəndaşın olduğunu və onların da saxlanıldığını bildirib.

On bir milyon litr yanacaq daşıyan gəmi Panama bayrağı altında üzür.

Məlumata görə gəmi Fars Körfəzində yerləşən ölkələrdən birindən qaçaq nefti çıxaran zaman saxlanılıb. Əlavə edilib ki, bu yanacağın Yəmən xalqına qarşı hərbi addımlarda istifadə edilməsi nəzərdə tutulub.

Saxlanılan xarici vətəndaşların hansı ölkəyə aid olduğu hələ deyilmir.