Bir gün ərzində dünyanın müxtəlif nöqtələrində yerləşən 24 min müxtəlif məkanda bir milyondan çox hafiz Qurani-Kərimi xətm edib.
Bu barədə Əzhər İslam Mərkəzi Dünya Quran Xətm Gününə dair statistik hesabat yayımlayıb.
Proqramda 1 milyon 151 min 760 nəfər şəxsən iştirak edib, həmçinin minlərlə insan da canlı yayımlar və rəqəmsal platformalar vasitəsilə tədbirə qoşulub.
Ən böyük töhfəni Əzhər qurumlarının nəzdində fəaliyyət göstərən mərkəzlər verib. 7 692 məkanda 820 077 iştirakçı tədbirə qatılıb. Onların arasında fiziki məhdudiyyətləri olan 130 Quran qarisi də olub. Əzhərə bağlı Quran əzbərləmə mərkəzlərində isə 5 932 mərkəz üzrə 553 422 iştirakçı qeydə alınıb.
Misirin müxtəlif bölgələrində Əzhər məscidlərində və filiallarında təşkil olunan 301 təlim nöqtəsində 20 945 nəfər iştirak edib. Qahirə və Dəqəhlidə keçirilən tədbirə isə 2 700 nəfər qatılıb.
Misir Vəqflər Nazirliyi 8 389 məscid və Quran kursunda ümumilikdə 272 717 nəfərlə bu proqrama qoşulub. Təhsil və Texniki Təhsil Nazirliyi 305 inzibati və təhsil mərkəzində 17 554 iştirakçı qeydə alıb. Sosial Həmrəylik Nazirliyi isə 237 yerli birlik və vəqfdən 11 252 nəfərin iştirakı ilə proqrama qatılıb.
Əzhər məscidi Misirdəki Darül-İfta ilə əməkdaşlıq çərçivəsində 1 000 iştirakçını şəxsən, 11 min iştirakçını isə onlayn şəkildə bir araya gətirib.
Əzhər Məzunları Dünya Təşkilatının da 15 285 iştirakçısı olub. Sözügedən qlobal təşəbbüsə təşkilatın Misirin 16 vilayətində yerləşən filialları vasitəsilə 7 263 nəfər, İndoneziya, Birləşmiş Krallıq, Liviya, Somali, Nigeriya, Mali, Mərkəzi Afrika Respublikası və Pakistandakı beynəlxalq filialları vasitəsilə 4 754 nəfər, həmçinin müxtəlif millətlərdən olan 3 268 beynəlxalq tələbə qoşulub.
Bu fəaliyyət Misirdən kənarda fəaliyyət göstərən El-Əzhər qurumlarını da əhatə edib. Beləliklə, İndoneziya, Çad, Nigeriya, Cənubi Afrika, Tanzaniya, Somali, İraq və Uqanda olmaqla səkkiz ölkədəki 18 mərkəzdə 2 875 iştirakçı proqramda yer alıb.
“Oxu və yüksəl” şüarı ilə başladılan bu təşəbbüs iştirakçıların Quranın tamamını və ya bir hissəsini bir gün ərzində əzbərdən oxuya bilmələrini məqsəd qoyur. Quranın tam xətmi və Quranın qismən tilavəti olmaqla iki hissədən ibarət olan bu proqram öyrənmə və təkrar vasitəsilə Quranı qüsursuz şəkildə tilavət etməyə hazırlıq məqsədi daşıyır.
1+ milyon hafizi-Quran bir gündə Quran xətm etdi