Dünyada ən çox cütlüyün qatıldığı toy mərasimi Yəməndə keçirilib

Yəmənin paytaxtı Sənada 10,044-dən çox bəy və gəlinin iştirak etdiyi müstəsna tədbirdə dünyanın ən böyük kütləvi toy mərasimi qeydə alınıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün Yəmənin paytaxtı Səna şəhəri ən çox bəy və gəlinin iştirak etdiyi toy mərasiminin şahidi olub.

Məlumata görə Yəmənin “Milli Qurtuluş Hökuməti”nin (husilər) rəsmiləri də bu toy mərasiminə qatılıblar.

Yəmənin 18 əyalətindən olan 10,044 bəy və gəlinin kütləvi toy mərasiminə yerli valyuta ilə beş milyard riyal xərclənib ki, “Zəkat Şurası” gəlinlərin mehriyyəsi də daxil olmaqla xərclərin əsas qismini öhdəsinə alıb.

Yerli KİV-lər bildirirlər ki, son üç ildə davamlı keçirilən bu kütləvi toylarda ümumilikdə 26 min bəy və gəlin bir-biri ilə ailə həyatı qurub.