Rusiya Çernomorsk limanına və Qara dənizdə yerləşən gəmilərə zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yük gəmiləri Ukrayna hərbçiləri üçün silah və döyüş sursatı daşıyıb.
Məlumata görə, Rusiya qüvvələri Kiyev vilayətində yerləşən üç logistika mərkəzinə də hava zərbələri endirib.
Bundan əlavə, Odesa vilayətinin cənubunda yerləşən liman infrastrukturu da hücuma məruz qalıb.
Ukraynalı yüksək vəzifəli şəxslər hələlik sözügedən hücumlarla bağlı açıqlama verməyiblər. Ölən və yaralananların sayı barədə məlumat yoxdur.
Qeyd edək ki, son dövrlərdə Rusiya Odesa vilayətində, o cümlədən Ukraynanın əsas Qara dəniz limanlarının yerləşdiyi ərazilərdə zərbələri intensivləşdirib.
Rusiya Çernomorsk limanına və Qara dənizdəki gəmilərə zərbələr endirib