İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb

İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb.

Operativtv.com APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, ikitərəfli münasibətlərin inkişafı üzrə strateji sənədi İran-Rusiya Müştərək İqtisadi Komissiyasında İran nümayəndə heyətinin rəhbəri Cavad Oci və Rusiya Baş nazirinin müavini Aleksandr Novak imzalayıb. Bundan başqa, iki ölkə arasında İncəburun-Gərmsar dəmir yolu xətti layihəsinin elektrikləşdirilməsi üçün kredit müqaviləsi, səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq memorandumu və məhsul ötürmə boru kəmərlərinin EPC layihəsinin həyata keçirilməsi üçün əməkdaşlıq memorandumu imzalanıb.