DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir, saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Saxlanılanlar arasında Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.