Azərbaycanda DTX rəisi vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, müvafiq əmrlə Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi polkovnik Nurlan Pənahov tutduğu vəzifəsindən azad olunub. Onun yerinə uzun illər Bakıda bu qurumda idarə rəisi vəzifəsində çalışan polkovnik Mövsüm Aşurov təyin edilib.

Bununla yanaşı Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətin struktrunda dəyişiklik edilərək Baş idarə səlahiyyətinə keçirilib.