Gürcüstanın xarici ticarət dövriyyəsi bu ilin ilk 6 ayında 5,8% artıb

Bu ilin ilk 6 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 12 milyard 925 milyon ABŞ dolları təşkil edib.

Bunu Gürcüstan maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentdə 2026-cı ilin dövlət büdcəsinin 6 aylıq icrası ilə bağlı hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, hesabat dövründə xarici ticarət dövriyyəsi illik müqayisədə 5,8% artıb.

Kakauridze qeyd edib ki, 6 ay ərzində Gürcüstanın ixrac həcmi 3 milyard 876 milyon dollar, idxal həcmi isə 9 milyard 49 milyon dollar olub.

Nazir müavini Gürcüstanın ən böyük ticarət tərəfdaşının Avropa İttifaqı (Aİ) olduğunu vurğulayıb: "Aİ ölkələrinin Gürcüstanın ümumi xarici ticarət dövriyyəsindəki payı 20,1%-dir".