Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunda keçirilən "International Challenge" seriyalı "Cameroon International 2026" turnirində qızıl medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, qadın badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan idmançı yüksək reytinqinə görə yarışa 1/8 finaldan başlayıb

K. F. Zəhra ilk görüşündə Uqanda təmsilçisini, 1/4 finalda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) badmintonçusunu məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda da BƏƏ təmsilçisi ilə qarşılaşan badmintonçu rəqibini hər iki setdə üstələyərək finala vəsiqə qazanıb.

Həlledici görüşdə yenidən BƏƏ idmançısı Prakriti Bharatha ilə üz-üzə gələn Keişa Fatimə Zəhra rəqibini 2:0 (21:16, 21:19) hesabı ilə məğlub edib.

Beləliklə, o, "Cameroon International 2026" turnirinin qalibi olub.